Bakıda ukraynalı qadın islam dinini qəbul etdi - VİDEO

Bakıda ukraynalı qadın islam dinini qəbul etdi - VİDEO Ukraynalı qadın kəlmeyi-şəhadəti deyərək islam dinini qəbul edib.

Bu barədə sosial mediada görüntülər yayılıb.

"Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli həmin şəxsə rus dilində kəlmeyi-şəhadəti izah edib. Daha sonra din xadiminin köməyi ilə sözləri təkrarlayıb.

Ukraynalı qadının müsəlman olması sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Həmin şəxsin bundan öncə xristian dininə mənsub olduğu bildirilir.


Oxşar xəbərlər