İyun ayının 5-6-ı müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. İyun ayının 5-i səhər saat 8-9 aralığında bayram namazı qılınmalıdır.
Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Fitr bayramında oruc tutmaq haramdır.Bayram axşamı ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq yoxsul şəxslərə kömək məqsədilə fitrə zəkatı çıxarır.
Bəs fitrə zəkatını kimlər çıxarmalıdır və məbləğ nə qədərdir ?
Bu mövzu ətrafında Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli modern.az-a açıqlama verib.
“Fitrə zəkatı bayram axşamından yəni iyunun 4-dən, bayram namazınadək yəni iyunun 5-i saat 8-9 aralığınadək ödənməlidir. Zəkat hər ailə üzvünə görə 3 kiloqram arpa, un, kişmiş, buğda, xurma, düyü və digər ərzaq məhsulları olaraq ödənməlidir. Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bu il orta məbləğ 5-10 manat ortasında müəyyənləşir. İmkanı artıq olan şəxslər ailə üzvlərinin sayına uyğun olaraq bu məbləği daha yüksək də edə bilər”.
İlahiyyatçı bildirir ki, fitrə zəkatının ödənməsi vacibdir, əks halda oruc qəbul olunmaz:
“Zəkatın verilməsi imkanı olan şəxslərə şamil edilir. Yəni günlük ehtiyaclarını qarşılaya bilən şəxslər bu zəkatı verməlidir. Maddi durumu yaxşı olmayan şəxslər bu zəkatdan azaddırlar. Uzunmüddətli borcu olan və onu hissə-hissə ödəmək imkanı olan şəxslər də zəkat verməlidir”.