Ukraynalı aktyor: "Oğlumun adını "Bayraktar" qoyacağam"

Ukraynalı aktyor: Məşhur ukraynalı teleaparıcı, aktyor, "Dizel" studiyasının bədii rəhbəri Yeqor Krutoqolov “Bayraktar” pilotsuz uçuş aparatları ilə bağlı paylaşım edib.

Ukrayna mətbuatı xəbər verir ki, o, üçüncü oğlunun adını “Bayraktar qoyacağını yazıb.

“Üçüncü oğlumun adını “Bayraktar” qoyacağam. Əgər qız olsa, o zaman “Javelin” qoyacağam”.

Xatırladaq ki, ABŞ istehsalı olan “Javelin” tank əleyhinə idarəolunan raketlərdir.

Onu da qeyd edək ki, Ukrayna Rusiyanın hücumlarını dəf etmək üçün "Bayraktar TB-2" PUA-larından istifadə edir.

Ukraynalı aktyor: "Oğlumun adını "Bayraktar" qoyacağam"

Oxşar xəbərlər