ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər

ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində 400-dən çox gənc, debatlarda isə 48 komanda olmaqla 144 gənc, 11 hakim iştirak edib və maariflənib.

“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022”nin final mərhələsində Gəncə Gənclər Evinin debat klubunun “Night of fire” və ADAU debat klubunun “Larissa” komandaları debat aparıblar.

Atatürk Universitetinin nümayəndə heyəti ADAU-da səfərdədir

Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Səfərdə Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı, müdir müavini professor Abdulmecit Albayrak, Klinik Tədqiqat, İnkişaf və Dizayn Tətbiqi və Tədqiqat Mərkəzinin müdiri professor Zekai Halıcı, Əczaçılıq fakültəsinin əməkdaşı professor Yasin Bayır iştirak ediblər.

Universitetin Baytarlıq təbabəti fakültəsində qonaqlarla keçirilən görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qarşılıqlı elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdıraraq, xüsusilə balıqçılıq sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Görüşdə Atatürk Universitetinin tanıtım çarxı nümayiş olunub.

Çıxış edən professor Abdulmecit Albayrak Atatürk Universitetinin tarixi barədə danışıb.

Professor Zekai Halıcı təmsil etdiyi mərkəzdə görülən işlər və aparılan araşdırmalar barədə görüş iştirakçılarına geniş təqdimat edib.

Sonra Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı Baytarlıq təbabəti fakültəsinin müxtəlif ixtisasdan olan tələbələri ilə görüşüb. Tələbələrə Atatürk Universitetinin maddi-texniki bazası və təhsil imkanları barədə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər
ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər


Tədbirin sonunda isə ən yaxşı natiqlər və qalib “Larissa” (ADAU) komandası mükafatlandırılıb.

ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər
ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər


ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər

Erasmus+ proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müxtəlif fakültələrində təhsil alan bir qrup tələbəsi dünyanın müxtəlif universitetlərində təhsil alır, istehsalat təcrübələrində iştirak edirlər.

Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə ADAU arasında Erasmus+ proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Əli Verdiyev və Türkan Şahverdiyeva təhsilini əyani formada davam etdirmək üçün 2022-ci ilin fevral ayından Macarıstana, İtaliyanın Tuscia Universiteti ilə bağlanan eyni müqaviləyə əsasən Baytarlıq təbabəti fakültəsinin tələbəsi Nizami Məmmədov 2022-ci ilin mart ayından İtaliyaya göndəriliblər.

Rumıniyanın Banat Aqrar Elmlər və Baytarlıq təbabət Universiteti ilə ADAU arasında Erasmus+ proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqronomluq və Baytarlıq təbabəti fakültələrinin tələbələri Gülçin Çiçitova, Yunis Nəbiyev və Hüseyn Məmmədov 2022-ci ilin fevral ayından Rumıniyaya göndəriliblər.

Həmçinin, Almaniyanın Vayştefan – Triesdorf Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqaviləyə əsasən təcrübə proqramı çərçivəsində Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Leyla Abbasova, Xədicə Abdullayeva, Əkbər Əliyev, Emir Nağıyev, Tükəzban Məmmədova və Aysel Aslanova istehsalat təcrübəsi keçmək üçün 2022-ci ilin aprel ayından Almaniya Respublikasına göndəriliblər.

ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlərADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər
ADAU tələbələri dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirirlər

Oxşar xəbərlər