İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir

İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" hesabat tədbiri təşkil olunub

İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir


Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin "Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə" adlı hesabat tədbiri təşkil olunub.

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Texnologiya Universitetinin prorektoru Yaşar Ömərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər şəxslər iştirak ediblər.

Tədbirdə "Gələcək üçün bacarıqlar” layihəsi, mentorluq və “Tusi - 2 C” inkubasiya proqramları barədə hesabat təqdim olunub. Təhsildə innovasiya fəaliyyətinin təşkili, tələbə və müəllimlərin bilik və bacarıqlarının artırılması və digər istiqamətlərdə fikirlər səsləndirilib, layihə çərçivəsində həyata keçirilmiş və yeni başlayacaq işlər barədə məlumat verilib.

Sonra səmərəli fəaliyyəti ilə fərqlənən və mentorluq proqramını uğurla başa çatdıran müəllimlərə, əməkdaşlara sertifikatlar təqdim olunub.

Tədbir zamanı, həmçinin “Gələcək üçün bacarıqlar” layihəsinə yeni qoşulan universitetlərlə Anlaşma Memorandumu imzalanıb.

Sonda təşkil olunan “İnnovasiyalar ekosistemi: gələcəyə körpü” mövzusunda panel müzakirədə innovasiya ekosisteminin davamlılığının təşkili prosesində təhsil müəssisələrinin rolu, biznes nümayəndələrinin bu fəaliyyətdə aktiv iştirakı, mentorluq fəaliyyətinin önəmi və digər məsələlərə toxunulub.

Qeyd edək ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsidir.

Layihəyə ilkin mərhələdə 4 universitet - Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universiteti, mentor kimi isə 48 müəllim qoşulub. “Gələcək üçün bacarıqlar” layihəsinə bu gündən daha 9 ali təhsil müəsisəsi qoşulub. Bunlar Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetidir.

İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir
İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir


ADAU tələbələri Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı barədə məlumatlandırılıblar

İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Dövlət Vergi Xidməti (DVX) tərəfindən 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunacaq ödənişsiz Yay Təcrübə Proqramının təqdimatı baş tutub.

Təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Dövlət Vergi Xidmətinin İnsan Resursları baş idarənin rəisi Aytən Kərimova, Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, 11 saylı ƏVBİ-nin rəis müavini Qüdrət Məmmədov, universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, təhsil müəssisəsinin tələbə və magistrantları iştirak ediblər.

Bildirilib ki, layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır.

İbrahim Cəfərov çıxışında son illərdə vergi sahəsində idarəetmənin səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirlərinin həyata keçirildiyini bildirib. Əmək bazarının müasir tələblərinə uyğun səviyyədə kadr hazırlığının həyata keçirilməsinin ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifələrdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə universitetdə görülən işləri diqqətə çatdırıb və Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramını müsbət dəyərləndirib.

Layihənin paytaxtla yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələrini də əhatə etdiyini vurğulayan Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov proqramın rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından önəmini qeyd edib.

Sonra çıxış edən İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Xidmətin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini Qüdrət Məmmədov proqramda iştirak etmək üçün sənəd qəbulu barədə ətraflı məlumat veriblər və tələbələrin layihədə fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Təqdimatın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilirİbrahim Cəfərov: Səmərəliliyinin artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli dövlət tədbirləri həyata keçirilir

Oxşar xəbərlər