İbrahim Cəfərov: Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

İbrahim Cəfərov: Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır Aqrar Universitetin tələbələri ilin ən yaxşı TGT sədri və nümayəndəsi seçiliblər

İbrahim Cəfərov: Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Tələbə Gənclər Təşkilatında (TGT) göstərdikləri fəaliyyətlərinə görə təltif ediliblər.

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş "I strateji planlaşdırma forumu" çərçivəsində tələbələrdən Orxan Muradzadə "İlin TGT sədri", Nizami Məmmədov və Fərid Nəsibov isə "İlin TGT nümayəndəsi" adına layiq görülüblər.

Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilən forumun əsas məqsədi tələbə gənclər təşkilatlarının uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunmasına, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.

İbrahim Cəfərov: Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
İbrahim Cəfərov: Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına diqqəti yönəldərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından geniş bəhs edib: “Azərbaycan malik olduğu təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə verilən önəm Ümummilli Liderin uzaqgörən siyasətinin təsdiqidir. Daim Azərbaycanın gələcəyini düşünən, “Neft Azərbaycan xalqının ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəslə mənsubdur” söyləyən ulu öndər Heydər Əliyevin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, dayanıqlı inkişafa geniş imkanlar açdı”.

1994-cü ildə bu gün böyük fəxrlə bəhs etdiyimiz enerji diplomatiyamızın əsası qoyuldu: “Öncə regional çərçivədə yaradılan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlisi layihəsi reallığa çevrildi. Hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları ötən bir ildə enerji sektorunda əldə olunan uğurların təqdimatı kimi dəyərləndirilir. Cənab İlham Əliyev toplantıdakı nitqində qeyd etmişdir ki, bu dəfə Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasından bəhs edəcəyik. 2020-ci il dekabrın 31-də layihənin son seqmenti olan TAP istifadəyə verildi. Toplantıda bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı”.

Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində hər zaman maraqlıdır. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizini bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirir. Eyni zamanda, bildirir ki, biz bütün hədəflərə çatmışıq.

“Toplantıda bu məqam da xüsusi qeyd edildi ki, iclasda keçən illə müqayisədə daha çox sayda ölkələrin və şirkətlərin iştirakı, yeni iştirakçıların olması onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan hazırdır, çünki ölkəmiz həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur” , Azərbaycanın enerji siyasətinin əsasını qarşılıqlı, faydalı, əməkdaşlıq təşkil edir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson toplantıdakı nitqində Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri önə çəkərək bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

Gerçəkləşən hər bir layihənin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində rolunu xüsusi vurğulayan, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır: “Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan gerçəkləşdirdiyi layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu layihələrlə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz irəli baxmalıyıq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da ölkə Prezidenti bildirmişdir ki, birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir”.

Ümummilli Liderin müəllifi olduğu neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar qazandıracaq: “Ölkəmizin liderliyi ilə həyata keçirilən layihələrin davamlılığı qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev bu uğurlarımızın fonunda işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramın olduğunu da açıqladı. Artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Bu ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb və ilkin rəqəmlər ümidvericidir”.

Oxşar xəbərlər