Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL ADAU tələbələrinə İsraildə 11 aylıq təcrübə proqramı barədə məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə məlumat verilib.

Aqronomluq fakültəsində keçirilən görüşdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qeyd olunan təcrübə proqramı aqronomluq, torpaqşünaslıq, aqrokimya, baytarlıq, zoomühəndislik, aqrobiznes, iqtisadiyyat, biologiya, qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələr, magistrantlar və məzunlar üçün böyük fürsətdir. Rektor, namizədləri bu fürsətdən yararlanmağa çağıraraq təlimin yarandığı dövrdən bəri 20 000-dən çox iştirakçıya yeni bilik və bacarıqlarını bir peşəkar kimi öz torpaqlarında uğurla tətbiq etməsi üçün böyük motivasiya və imkanlar yaratdığını diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edən təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq və fermerlərin mentorluğu ilə innovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcəklər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təcrübə proqramı barədə məlumat xarakterli tədbirlər gün ərzində universitetin bütün fakültələrində davam edib.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Pambıqçılıqda yerli texnologiyalara və yerli sortlara üstünlük verilir

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti “Gəncə -110” “Gəncə - 160” yerli pambıq sortlarının əsasında ekoloji təmiz yeni innovativ texnologiya hazırlayıblar.

Yerli pambıq sortlarının yeni ekoloji təmiz üsulla hazırlanan və Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində universitet tələbələrinin iştirakı ilə səpini aparılıb.

Bildirilib ki, yeni innovativ texnologiyada mövcud texnologiyadan fərqli olaraq cəmi 12 kq toxum sərf olunur və seyrəltmə aparılmır. Təcrübə sahəsində yerli pambıq sortları ilə yanaşı Türkiyənin “Lazer” pambıq toxumu da səpilib.

Səpin prosesində ADAU-nun rəhbərliyi və Türkiyənin Ege Universitetinin bir qrup alimləri iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLAzərbaycan Dövlət Aqrar Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Oxşar xəbərlər