Bildiyimiz kimi dünən cənab Prezident İlham Əliyevin fərmanı ilə Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunmuşdur. Bu fərman imzalanmazdan öncə möhtərəm Prezidentimiz Vahid Hacıyevi video-formatda qəbul etmişdir. Sözsüz ki, istər keçən il Şərqi Zəngəzur iqtisadi zonasının yaranması, istərsə də prezidentin xüsusi nümayəndəsinin təyin olunması cəmiyyətdə müsbət mənada böyük müsbət reaksiya yaratmışdır. Hər iki hadisəni əslində tarixi ədalətin bərpası da adlandırmaq olar.
Qeyd etmək istərdim ki, bu video-formatdakı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı Vahid Hacıyevə tövsiyə və tapşırıq olmaqla bərabər, həm də bütövlükdə bütün Azərbaycan xalqına, hətta beynəlxalq ictimaiyyətə, erməni faşizmini dəstəkləyənlərə və onlarla iş birliyində olanlara da ciddi mesaj idi. O çıxışında ötən işğal dövründə erməni barbarları tərəfindən Qarabağda eləcə də, Şərqi Zəngəzur bölgəsində törədilmiş dağıntılara, vəhşiliyə və cinayətə də toxunaraq, erməni işğalçı ordusunun bəzi hərbi hissələrinin yerləşdiyi bir neçə inzibati binadan başqa Zəngilan rayonunun demək olar ki, yerlə-yeksan edilməsini xatırlatdı. Bu mənada Azərbaycanın Müzəffər Milli Ordusu təkcə torpaqlarımızı işğaldan azad etmədi, həm də dünya erməniliyi üzərində böyük qələbə çalmaqla, bölgəmizi erməni faşizmindən xilas etdi. Bugün işğaldan azad edilmiş ərazilərə səfər edən xarici qonaqlar çoxəsirlik tarixə malik, Azərbaycan xalqı tərəfindən yaradılmış, ermənilər tərəfindən məhv edilmiş tarixi, mədəni, dini abidələrdən tutmuş, bütün yaşayış məskənlərini, flora və faunanı gördükcə erməni vandalizminin şahidi olurlar.
Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirməklə, maddi-mədəniyyət abidələrini yer üzündən silməklə, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi, mineral su mənbələrini, meşə fondunu, dövlət təbiət abidələrini, geoloji obyektləri və yüzlərlə faydalı qazıntı yatağını talayıb. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edib, yarımfabrikat kimi xarici ölkələrə satıb. Bir fakta diqqət yetirmək lazımdır ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalı dəfələrlə artıb. Aydındır ki, bu göstərici Azərbaycan meşələrinin qırılması hesabına reallaşıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi Ermənistanın cinayətkar rəhbərləri olmuş Sərkisyan və Koçaryanın suç ortağı olan xarici şirkət “Cronimet” şirkətidir. Bu haqda ölkəmiz adından Almaniyanın hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilsə də və Avropada ekologiya problemlərinə çox həssaslıqla yanaşılsa da, bugünə qədər cavab yoxdur. Bu da bir daha özlərini demokratik, şəffaflıq, hüququn aliliyini əsas prinsip kimi bayraq edən dövlət və beynəlxalq təşkilatların riyakarlığına sübutdur.
Eyyub Məşədihüseynov, Abşeron Neft Kəmərləri İdarəsi ərazi partiya təşkilatının sədri