Zəngilan rayonu Azərbaycanın xüsusi əhəmiyyətə malik rayonlarından biridir. Rayon 1993-cü ilin 30 oktyabrında Ermənistan ordusu tərəfindən işğal ediləndə 1 şəhər, 5 qəsəbə, 79 kənddən ibarət idi.
2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı. Vandal ermənilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi yerlə yeksan etmişdilər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəngilana səfəri zamanı bu cür demişdir:
Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı, bax, bu günə qoyub mənfur düşmən.
Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət və truzim üçün unikal imkanlara sahibdir.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət Yesentuki-4 suyuna tərkibcə uyğun gələn mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur.
Bu rayon Naxçıvan Muxtar Respublikasına ən yaxın olan rayondur. Buradan Naxçıvana dəmir yolunun çəkilişi nəinki Naxçıvanı blokadadan çıxaracaq, həmçinin Türkiyə və Avropa ilə siyasi və iqtisadi əlaqələrin inkişafına xüsusi tövhə verəcəkdir.
Cənub qonşumuz İranla sərhədlərimizin tam bərpa olunmasının nəticəsində həm tranzit, həm yükdaşıma, həm də avtomobil yolunun qurulması ölkələrarası iqtisadi əlaqələri daha da möhkəmləndirəcəkdir.
Zəngilanda həm dəmiryolu, həm avtomobil yolu, həm də hava limanının qurulması beynəlxalq yükdaşımalar üçün də yeni fürsətlər yaradacaqdır.
Yaradılacaq Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ki, bu da tarixi qələbənin ən böyük uğurlarından biridir.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Zülfiyə Əlizadə