Zəngilan rayonunda böyük infastruktur layihələri icra edilir

Zəngilan rayonunda böyük infastruktur layihələri icra edilir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində, iqtisadi baxımdan olduqca əlverişli bir coğrafi mövqedə yerləşir. Uzun muddətdir ki, düşmən işğalı altında qalan bu diyarımız şanlı zəfər nəticəsində bu gün artıq azaddır. Əfsuslar olsun ki, işğala məruz qalmış digər rayonlarımız kimi Zəngilan da erməni vandalizminin acı nəticələrini özündə əks etdirir. Müharibədən sonra burada cəmi bir-iki salamat bina qalmışdır, bu binalardan da erməni hərbçiləri istifade etmişdilər. Digər tərəfdən biz inamla deyə bilrik ki, bugün Zəngilan prezident İlham Əliyevin tapşırığı əsasında sürətlə bəra edilən yerler arasındadır. Bu barədə mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadı rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında da bildirmişdir.
Belə ki, cənab prezident Vahid Hacıyevi prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Heydər Əliyev Fondunun dəstəyi ilə burada görülən və görüləcək işlər haqqında genş məruzə etmişdir. Belə ki, bu layihəyə görə Zəngilan keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulan ilk rayon olacaqdır. Faktiki olaraq yenidən qurulan Ağalı kəndi isə bu pilot layihənin ilk ünvanı kimi nəzərdə tutulub. Kənd tezliklə insanların təhlükəsiz şəkildə yaşaya biləcəyi rahat və abad bir məkan olacaqdır. Həmçinin bu il Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcəkdir. Və nəticəde rayon beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir.
Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz hazırdır. Belə ki, möhtəşəm planın tərkib hissələrindən biri kimi nəzərdə tutulan rayonun ərazisindən keçən həm dəmir yolu , həm də avtomobil yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Bu yol eyni zamanda beynəlxalq yükdaşıma üçün də əlverişli bir yol olacaqdır. Bununla yanaşı hazırda Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çox zolaqdan ibarət yol çəkilir. Və bu yol isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Planin əsas tərkib hissələrindən biri də əhalinin məşğulluq məsələsidir. Rayonun iqtisadi-coğrafi mövqeyi burada kənd təsərrüfatının inkişafı üçün çox münasibdir. Görüləcək tədbirlər nəticəsində idxaldan asılılıq xeyli dərəcədə azalacaqdır. Ərzaq təhlükəsizliyi ön plandadır. Aqrotexniki xidmətin yüksəldilməsi nəzərdə tutulur. “Dost Aqropark” adlandırılan aqroparkın yaradılması heyvanvandarlığın inkişafına da müsbət töhfə verəcəkdir. Üzülərək qeyd edim ki, ərazinin ekologiyası da erməni barbarlığından böyük zərər görmüşdü. Belə ki, əlli-altmış hektar meşəlik sahə məhv edilmişdir. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Bəsitçay qoruğunun böyük hissəsi dağıdılmışdır. Qeyd edim ki, qoruqda artıq bərpa işləri başlayıb. Zəngilandakı Vejnəli qızıl yatağı isə vəhşicəsinə istismar edilmişdir. Buradan qanunsuz şəkildə çıxarılan qızıl xaricdə satılmışdır. Oxçuçay da erməni ekoloji terroruna məruz qalmışdır. Belə ki, Ermənistandakı mis kombinatının bütün axıntıları təmizlənmədən Oxçuçaya axıdılmışdır. Biz heç vaxt bu vandalizmə susmayacağıq. Bütün şəhər və kəndlərin pasportlaşdırılması prosesi gedir. Hər bir dağıntının video-foto çəkilişi aparılır. Bütün dünya mediyası bu vandalizmdən artıq xəbərdardır. Dəymiş ziyan ödənilmədiyi təqdirdə beynəlxalq məhkəmələrə müraciət etmək əzmindəyik. Bundan başqa ərazinin füsünkar təbiəti turizmin inkişafına da geniş imkanlar açır. Bu həm də oraya qayidacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaqdır. Atılan hər bir addım yaxın gələcəkdə burada məskunlaşacaq əhalinin maddi rifahının yaxşılaşdırılması və təhlükəsiz şəkildə yaşamasına yönəlmişdir.


Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
ingilis dili müəllimi Humay Həmidli



Oxşar xəbərlər