AQRAR UNİVERSİTETİ İNKİŞAF EDİR, SƏMİMİ BİR AİLƏYƏ ÇEVRİLİR - FOTOLAR

AQRAR UNİVERSİTETİ İNKİŞAF EDİR, SƏMİMİ BİR AİLƏYƏ ÇEVRİLİR - FOTOLAR İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

qanuninfo.az xəbər verir ki, bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görüb və bu iş indi də davam edir.

Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.

Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.

Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.

Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.


AQRAR UNİVERSİTETİ İNKİŞAF EDİR, SƏMİMİ BİR AİLƏYƏ ÇEVRİLİR - FOTOLAR
AQRAR UNİVERSİTETİ İNKİŞAF EDİR, SƏMİMİ BİR AİLƏYƏ ÇEVRİLİR - FOTOLAR
AQRAR UNİVERSİTETİ İNKİŞAF EDİR, SƏMİMİ BİR AİLƏYƏ ÇEVRİLİR - FOTOLAR

Oxşar xəbərlər