Müxtəlif media orqanlarında barəsində yayılan “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı yazıya münasibət olaraq Əhəd Abıyev bildirir: “Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da təzə media qanunları ilə məhkəməyə verəcəm”.