Daşkəsən rayonunda təbii fəlakət baş vermişdir

Daşkəsən rayonunda təbii fəlakət baş vermişdir Daşkəsən rayonu ərazisində 11 avqust 2021-ci il tarixdə saat 18-00 radələrindən başlayaraq baş vermiş təbii fəlakət – güclü külək əsməsi və qasırğa nəticəsində güclü küləyin əsməsi nəticəsində rayon ərazisində çoxmərtəbəli və fərdi yaşayış binalarının, sosial-inzibati binaların dam örtüyünə, elektrik, rabitə və qaz təsərrüfatına ziyan dəymişdir. Bir neçə çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyaları ilə birlikdə tamamilə uçurmuş, bəzi binaların və fərdi evlərin dam örtüyünə isə qismən zərər dəymişdir.

Rayon Hidrometeorologiya stansiyasının verdiyi məlumata görə küləyin sürəti saniyədə 30-35 m təşkil etmişdir.

Daşkəsən şəhəri S.Vurğun küçəsi 17 nömrəli çoxmərtəbəli yaşayış binasının və S.Vurğun adına 4 nömrəli tam orta məktəbin, Quşçu qəsəbəsində çoxmərtəbəli yaşayış binasının dam örtüyünü taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atmışdır.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti qurumlara məlumat verilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın həcmi müəyyənləşdirilir və daxili imkanlar hesabına yaranmış problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.


Daşkəsən rayonunda təbii fəlakət baş vermişdirDaşkəsən rayonunda təbii fəlakət baş vermişdirDaşkəsən rayonunda təbii fəlakət baş vermişdir

Oxşar xəbərlər