Fevralın 15-dən başlayaraq Daşkəsənə güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 10-15 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 30-35 santimetrə çatıb.
Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır. Qarın yağması rayon ərazisində olan ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir etməmişdir.
Rayonun bütün idarə və təşkilatları işlərini hava proqnozlarını nəzərə almaqla qurur.