İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNFRASTRUKTUR LAYİHƏLƏRİ SÜRƏTLƏ İCRA OLUNUR

İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ İNFRASTRUKTUR LAYİHƏLƏRİ SÜRƏTLƏ İCRA OLUNUR Böyük qələbəmizdən dərhal sonra erməni qəsbkarları tərəfindən viran edilmiş torpaqlarımızın yenidən bərpası, quruculuq işləri başlanıldı. Ali Baş Komandanımız Prezident İlham Əliyev tez-tez quruculuq işləri ilə şəxsən maraqlanmaq üçün o ərazilərə səfərlər edir. Fevralın 13-ü Ağdama növbəti səfəri olmuşdur. Bildiyimiz kimi mənfur düşmən Ağdamı yerlə yeskan etmişdir. Ağdamın gələcək inkişafı ilə bağlı önəmli addımlar artıq atılmışdır. Qısa müddət ərzində böyük işlər qurulmuşdur və bu işlər yaxın gələcəkdə öz nəticələrini göstərəcəkdir. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq ilk addımlarını bir sahədə atmışdır. Gələcəkdə bu ərazilərdə məskunlaşacaq ağdamlılar üçün iş yerlərinin yaradılması ilə əlavə addımlar atılacaqdır. Məlumdur ki, Azərbaycanın Dünya ölkələri sırasında inkişafetmə dinamikasına görə öncül sıralarından birini tutması ölkəmizdə biznes və sahibkarlar üçün gözəl imkanlar yaradır. Dövlətimiz sahibkarları daim dəstəkləyir, onlara güzəştli kreditlər verməklə yanaşı mənəvi-siyasi dəstək də verir. Azad edilmiş torpaqlarda qurulmuş yarımstansiyaların sayı artıq 9-a çatmışdır. “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti ilə bütün rayon dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqdır. Ağdama qaz xəttinin çəkilişi istiqamətində layihələr işlənilir. Həmçinin, İnvestisiya Proqramında Ağdama içməli suyun gətirilməsi və Xaçınçay su anbarının təmiri öz əksini tapmışdır. Ağdam avtomobil və dəmiryolu inşası da müvəffəqiyyətlə davam edir. Tam olaraq bu yollar bir ilə hazır olacaqdır. Fizuli Ağdam avtomobil yolunun inşası başlanmışdır və uğurla davam edir. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar verəcəkdir. Bu xəstəxana müasir tələblərə cavab verəcək və 210 çarpayılıq olacaqdır. Fəxrlə qeyd etmək lazımdır ki, görülən bütün işlər Azərbaycanın daxili imkanları hesabına baş verir. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Artıq Ağdamın və Fizulinin Baş planı təsdiq edilibdir.

Azərbaycan bütün bu işlərlə yanaşı ordu quruculuğu və möhkəmləndirilməsi istiqamətində də işlər aparır. Ermənistanda baş qaldıran revanşist qüvvələrə ciddi cavab olacaqdır.

Bu torpaqları Azərbaycan xalqı şəhidlərinin qanı bahasına qaytarmışdır. Bizim Qarabağımız yenidən çiçəklənəcək və hər bir rayon yenidən inkişaf edəcəkdir.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin

direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər