GƏNCƏYƏ GEDƏN YOLLAR TAM MÜASİRLƏŞDİRİLİB

GƏNCƏYƏ GEDƏN YOLLAR TAM MÜASİRLƏŞDİRİLİB Azərbaycanda bütün sahələrdə olan inkişaf göz qabağındadır. İqtisadiyyatımız günü – gündən güclənir. İnkişaf özünü şəhərlərimiz, rayon və kəndlərimizin abadlaşdırılması istiqamətində gedən işlərdə göstərir.

Bakıdan sonra Gəncənin Azərbaycanın ikinci böyük şəhəri olduğunu bilirik. Hər zaman Gəncəyə olan diqqət yüksək səviyyədə olmuşdur. Gəncənin kompleks şəkildə inkişaf planı hazırlanıb, təsdiq edilmişdir. Həmin plan bu gün də uğurla icra edilir.

Gəncədə olan elektrik yarımstansiyalarının həm yenidən tikilməsi, həm də əsaslı təmirindən sonra ikinci böyük şəhərdə olan elektrik enerjisinin təchizatında mühüm rol oynamışdır. Belə ki, bu problem öz həllini tapmışdır. Qazlaşdırma, içməli su ilə Gəncə şəhərinin təminatı tamamilə həll olunmuşdur.

Ali Baş Komandanımız, prezidentimiz cənab İlham Əliyev yanvar ayının 30-da Gəncə şəhərinə 18-ci səfərini etmişdir.

Gəncə şəhərinə gedən bütün yollar tam müasir standartlara cavab verilərək yenidən çəkilmişdir. Artıq Gəncə- Qazax- Gürcüstan sərhəd yolunun çəkilişi başa çatmışdır. Şərq- Qərb nəqliyyat dəhlizinin bir parçası olan Bakıdan Gəncəyə gedən dəmiryolu xətti tam modernləşdirilmişdir ki, hazırda Bakı- Gəncə və Gəncə- Bakı istiqamətində yüksək sürətli qatarlar işləyir. Həm vaxt baxımından əlverişli, həm də öz komfortu ilə seçilən bu qatarlar dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilmişdir. Şərq- Qərb nəqliyyat dəhlizinin Gəncədən keçməsi Azərbaycana böyük imkanlar vermişdir. Gəncə Beynəlxalq Hava limanı Yenidən qurulmuş, yeni müasir avadanlıqlarla təchiz edilmişdir.

Şəhərdə 245 çarpayılıq olan Şəhər Xəstəxanası yenidən müasir standartlara cavab verəcək şəkildə tikilmişdir. Bundan başqa Gəncədə yeni modul tipli xəstəxanada istifadəyə verilmişdir. Gəncəyə olan diqqət məktəb və təhsil ocaqlarından yan keçməmişdir. Belə ki, 30-dan çox məktəb tikilib, təmin edilmişdir. Dövlət Aqrar Universiteti üçün 2 yataqxana tikilib istifadəyə verilmişdir.

Bir neçə il əvvəl Gəncə şəhərində Filarmoniyanın açılması şəhərində mədəni həyatına böyük töhfələr vermişdir.

Kəlbəcərə gedən yeganə yol Gəncədəndir. Kəlbəcərin inkişafı İkinci Qarabağ müharibəsində Böyük Qələbəmizdən sonra vacib məsələlərdən biri kimi qarşımızda məqsəddir. Gəncənin bütün sahələrdə inkişafı Kəlbəcərin inkişafına bilavasitə köməkçi olacaqdır.

II Qarabağ müharibəsində mənfur düşmənlərimiz tərəfindən Gəncə şəhərinə 13 raket atılmışdır ki, onlardan 8-i əfsuslar olsun ki, partlayaraq günahsız insanların həyatına son qoymuşdur. Gəncə şəhərindən “Toçka-U” və “SCUD” raketləri ilə atəşə tutulması səbəbi ilə 26 mülki şəxs – onlardan 6-sı uşaq həlak olmuşdular. Bütün bu erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi ilə şəhərdə 4 hektar ərazidə Memorial Kompleks inşa ediləcəkdir. Dağıdılmış binalar isə olduğu kimi qalacaqdır. Faşizmin baş qaldırması yolverilməz haldır.

Biz erməni faşizminə qalib gəlsək də onları tamamilə yer üzündən silməmişik. Bu səbəbdən biz öz tariximizi, ermənilərin bizlərə etdiyi vəhşiliyi unutmamalıyıq.

Bakıxanov qəsəbəsi, 213 saylı tam orta məktəbin

direktoru Səbinə Əliyeva

Oxşar xəbərlər