“Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur. Dövlət başçımız bu fikirləri 2 fevral tarixində ulu öndərimiz Heydər Əliyev tərəfindən təsis edilən 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə, forumda gənclərlə görüşü zamanı dilə gətirdi.
Müzəffər Ali Baş Komandan gənclərlə görüşündə-istər çıxışında, istərsə də gənclərlə açıq, sərbəst, səmimi müzakirələrdə çox önəmli, çox dəyərli fikirlər səsləndirdi, yenə bir sıra mühüm mesajlar verdi, xəbərdarlıqlar, çağırışlar etdi. “İyirmi beş il bundan əvvəl Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi” deyən ölkə Prezidenti bəyan etdi ki, ötən dövrdə bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.
Bəli, həmin vaxtdan Azərbaycan sözün əsl mənasında dəyişdi, dinamik, sürətli, sıçrayışlı inkişaf yolu keçdi. Azərbaycanın bütövlükdə, büsbütün siması dəyişdi, gözəlləşdi. İmzasını imzalar içində qoydurdu, dünyanın söz və nüfuz sahiblərindən, əsas aktorlarından birinə çevrilməyi bacardı.
Bəli, müharibə-Birinci Qarabağ Savaşını görməyən bir nəsil qısa zaman ərzində əsl milli-hərbi vətənpərvərlik ruhunda böyüdü, böyüdüldü. Bu nəsil 2016-cı il Aprel döyüşlərində öz sözünü dedi. Bu nəsil, bu gənclik 2020-ci ilin iyul ayında və tarixi 44 günlük İkinci Vətən Müharibəsində öz sözünü dedi və son nöqtəni qoydu. Tarixi Qələbə və Zəfərimizin əsas qəhrəmanları oldular. 32 illik qanlı Qarabağ savaşına cəmi 44 gün ərzində son qoyulmasında canları, qanları ilə imza atdılar, qəhrəmanlıq Dastanı yazdılar. Baş müəllifi Müzəffər Ali Baş Komandan olan 44 günlük Dastanın əsas qəhrəmanları oldular.
Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Cənab Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı
döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət Himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək. Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyini etibar edə, dövlətin yükünün altına çiyinləri davam gətirə biləcək gənclik formalaşıb.
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev