1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır. Bu gün gənclərimiz beynəlxalq tribunalarda çıxış edərkən “Mən müstəqil Respublikanın vətəndaşıyam”, - deyə özünü təqdim edir.
Bəli, bu sözlər fəxrlə deyilir. Çünki gənclərimizin arxalandığı güclü dövlətimiz, qalib xalqımız və qətiyyətli liderimiz var!
“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm.” – deyən cənab Prezident İlham Əliyevin inanaraq dediyi bu sözlərin, möhtəşəmlik təcəssümü bu günkü gəncliyimizdir.
Müdriklər deyirlər ki, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclər mənsub olduğu xalqı təmsil edir. Azərbaycan gənci xalqına, dövlətinə və rəhbərinə sədaqətlidir. Azərbaycan gənci ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçən əsl vətəndaşlardır. Bu gün Azərbaycanın gələcəyi olaraq gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmaqdır. Və gənclərimiz bu ruhu sözlə yox, Qarabağımıza basdıqları məğrur addımları ilə, Şuşa qalasına sancdıqları üçrəngli bayrağımız ilə, qəlblərində coşmuş o alov ilə düşməni külə çevirməkləri ilə yaşatdılar!
Günümüzün dayaq sütunları olan gənclərimiz istər ölkəmizin daxilində, istərsədə xaricində idman, mədəniyyət, təhsil və.b istiqamətlərdə böyük uğurlar qazanmış, bayrağımızı dünya dövlətləri içində zirvələrə qaldırmışlar. Bütün bunlar ölkəmizə olan sevgi və bu vətənin övladı olmaq məsuliyyətini anladıqlarının bariz nümunəsidir.
Sonda fikirlərimi möhtərəm cənab Prezident İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Eşq olsun, Azərbaycan gənclərinə!”.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
direkotoru Təranə Müzəfffərova