Hər dəfə Ulu öndərin bu sözlərini xatırladıqda gənclik və bu əvəzedilməz dövrün həyatımızdakı rolunu daha da dərindən anlayıram. Bəzən asan xoşbəxtliklər çağı da adlanan bu dövr əslində hər bir millətin gələcəyinin, inkişafının təməl daşıdır və buna görə də bir xalqın inkişafı üçün sağlam gənclik çox önəmli bir faktordur.
Bu səbəbdən ulu öndər Heydər Əliyevin 1994-cu il 26 iyul tarixli fərman ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldl. Sonradan 1996-ci il 22 iyun tarixində “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” imzalanan fərmanla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”-na adı yazılmış gənc istedadlara xüsusi təqaüd təsis edildi. Heç də təsadüfi deyil ki, ulu öndər gəncliyə və gənclərə olan böyük etimadı nəticəsində ilk dəfə 1997-ci il fevralın 2-də ölkəmizdə bu tarixin Gənclər Günü elan edilməsi haqqında fərman imzalamışdır. Məhz bu tarixdən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd edilməyə başlandı. Beynəlxalq aləmdə isə ilk dəfə 1998 -ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT -nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir. Hazırda gənclik və gənclərin müstəsna inkişafının prioritet olaraq seçilməsi siyasəti cənab prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. 2007 -ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncam gənclərin ictimai – siyasi həyatda aktivliyinin daha da yüksəlməsinə səbəb olmuşdur.
2007-ci il aprelin 16-da təsdiq edilmiş “2007-2015-ci il illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” sərancamı ilə sosial vəziyyətindən asılı omayaraq minlərlə gəncin dünyanın ən nüfuzlu təhsil mərkəzlərində oxumaq imkanı yaradıldı. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və qəbul edilən digər dövlət proqramları nəticəsində bu siyasət bu gün də uğurla davam etdirliməkdədir.
Bu yolda atılan ən önəmli addımlardan biri də 2011-ci ildə prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradilması oldu. Məhz bu günə qədər fond vasitəsilə 4545 layihə maliyələşib. Bununla yanaşı 2013- cu il 2 iyul tarixində ölkəmizdə ilk dəfə elm, mədəniyyət, incəsənət, sahibkarlıq, təhsil və digər vacib sektorlarda xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində pul mükafatının verilməsi ilə bağlı qərar imzalandı. Daha bir müstəsna xidmətlər sırasına 2018-ci il noyabr ayında yaradılan Gənclər İnkişaf və Karyera Mərkəzini nümunə gətirmək olar. Mərkəzdə müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları təşkil olunur. Respublikanın 55 şəhər və rayonunda bu qrumun nümayəndəlikləri fəaliiyət göstərir. Bu gün ölkəmizdə geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü də məhz gənclərdir. Bütün bu dəyərləri hər zaman diqqətə alan prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili ” elan edilməsi haqqında sərəncam imazaldı. Könüllülər cəmiyyətdə xeyirxahliq kimi yüksək mənəvi keyfiyyət nümayiş etdirirlər. Və bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclər formalaşdirmaq təhsil sisteminin, dövlət siyasətinin prioritet məsələlərindəndir və bu siyasət uğurla yerinə yetirilməkdədir.
Gənclər günü haqqında bəhs edərkən gəncliyi yarım qalmış, vətən yolunda canından keçmiş, sağlamlığını itirmiş igidlərimizi xatırlamamaq düşünürəm ki, böyük nöqsan olar.
Bu gün məhz onların rəşadəti sayəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ön cəbhədəki şanlı Azərbaycan əsgəri ilə yanaşı arxa cəbhədə də Azərbaycan gənci Qarabağla bağlı əsl həqiqətləri dünya mediyasının diqqətinə çatdırmaqla xüsusi fəallıq göstərdi.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
ingilis dili müəllimi Humay Həmidli