Paşinyanın yenə ikibaşlı oyun oynayır; Azərbaycan Ermənistana qarşı qarşılıqlı iddia ilə çıxış edə bilər; bu il yerdə qalan torpaqlar da qaytarılacaq, əks halda...
Ermənistanın baş naziri Nikol Paşinyanın srağagünkü onlayn mətbuat konfransında söylədiyi fikirlər yenə cavablardan çox suallar yaratdı. Xüsusən də Bakı və Ankara ilə münasibətlərin normallaşması kontekstində onun sülh və barışıq haqda dedikləri səmimi görünmədi.
Paşinyan bir yandan Ermənistanın Azərbaycanla sülh sazişinə, Türkiyə ilə barışığa, sərhədin delimitasiyası üzrə ikitərəfli komissiya yaratmağa hazır olduğunu söylədisə, digər yandan bu məsələlər üzrə İrəvanın ilkin şərtlərinin olduğuna işarə vurdu. Halbuki kapitulyant ölkə heç kimə şərt qoya bilməz və belə potensialı da yoxdur.
*****
Siyasi müşahidəçilər diqqəti həm də prezident Armen Sarkisyanın bu arada qəfil istefa verməsinə yönəldirlər. Belə fikir var ki, Nikol Paşinyan prezident postunda da loyal birisini, yəni öz adamını gətirməklə (parlament çoxluğunun hakim partiyaya məxsusluğu buna imkan yaradır) Azərbaycan və Türkiyə ilə barışıq prosesini maksimum ağrısız eləmək niyyətindədir.
İkinci versiyaya görə isə hiyləgər Paşinyan bu yolla ölkədə öz mövqeyini möhkəmləndirib, beynəlxalq konyukturanı da nəzərə almaqla, Bakı və Ankaraya qarsı daha radikal, hətta revanşist mövqe tuta bilər. Ayrı sözlə, hədəf həm də vaxt udmaq ola bilər. İstisna deyil ki, Nikol Paşinyan bu motivlə yeni prezidentin seçilməsi məsələsindən də (1 ay və ya daha çox çəkə bilər) maksimum yararlanmağa çalışacaq.
Lakin bu Nikolun “saydıqları”dır. Fələk də sayır. Bir şey dəqiqdir ki, Bakı və Ankaranın İrəvana qarşı “kökə” siyasəti, daxili situasiyanın qəlizliyini ciddiyə alaraq ona qarşı səgilədiyi nisbi loyallıq və səbir heç də sonsuz deyil. Lap dəqiqi, artıq o, bitmək üzrədir. Bu mənada 2022 - Ermənistan üçün, onun iqtidarı və toplumu üçün əslində daha çox qamçı ili olacaq, nəinki “kökə” ili. İrəvan qalan torpaqları da qaytarmalı olacaq...
*****
“Bu gün Azərbaycan Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi istisna olmaqla, Azərbaycan SSR-in bütün ərazisi üzərində hərbi-siyasi nəzarəti tam bərpa edib”.
Ölkə.az-ın “Yeni Müsavat”a istinadən məlumatına görə, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Facebook sosial şəbəkəsində Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı paylaşdığı statusda yazıb.
Statusda daha sonra deyilir: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonası və Laçın dəhlizi hələlik xüsusi rejimə malikdir. Lakin bizim mövqeyimiz belədir ki, həmin ərazilər də Azərbaycan Respublikasının siyasi-hüquqi məkanına reinteqrasiya edilməlidir”.
Ermənistanın mövqeyinə gəlincə, politoloqa görə, İrəvan hələ də belə hesab edir ki, anklav və eksklavlarla bağlı problemlər demarkasiya və delimitasiya komissiyalarının işi zamanı həll oluna bilər və guya Dağlıq Qarabağ məsələsi hələ həllini tapmayıb, mübahisəli ərazi kimi qalır, status müəyyənləşməyib: “Yəni de-fakto Ermənistan ərazi bütövlüyümüzü tanımaqdan imtina edir və yalnız sadalanan şərtlərlə (mübahisəli ərazi məsələsi və s. - red.) öz ərazi bütövlüyünün tanınmasına nail olmaq niyyətindədir. O zaman məntiqi sual yaranır: niyə müharibənin qalibi Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyasına getməlidir? Nədən biz faktiki olaraq ərazimizin bir hissəsini ”mübahisəli" kimi tanımalı və bolşeviklərin 100 ildən bir qədər çox əvvəl Ermənistana verdiyi Zəngəzur, Göyçə və digər ərazilərə münasibətdə tarixi ədaləti bərpa etmək hüququndan imtina etməliyik?"
Məsələ də bundadır. Nə barədə ki, Prezident İlham Əliyev yanvarın 12-dğ yerli telekanallara müsahibəsində açıq mətnlə danışıb, İrəvana xəbərdarlıq edib. Onu da qeyd edib ki, bizim Ermənistana qarşı ərazi iddiası irəli sürməyimiz üçün qat-qat çox əsasımız var, nəinki onların bizə.
Doğrudan da necə olub ki, SSRİ-nin tərkibinə cəmi 10 min kv km ərazi ilə girən Ermənistan SSR onun tərkibindən 29.9 min kv km-lə və hələ üstəlik, Qarabağa iddia ilə çıxıb? Təbii ki, Azərbaycan SSR-in torpaqları hesabına bu baş verib. Yəni erməni tərəfi yenə odla oynayacaqsa, sonuc aşağı-yuxarı təxminən bəlli: Ermənistan ərazi itirəcək. Daha dəqiqi, vaxtilə qanunsuz şəkildə ona verilən ərazilərin növbəti hissəsini qaytarmalı olacaq.....
*****
“Paşinyan öz fikirlərində səmimidirsə, o zaman tezliklə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiya və demarkasiya prosesi başlamalıdır”.
Bu sözləri isə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib (Axar.az).
Onun qənaətincə, Nikol Paşinyanın son mətbuat konfransında Ermənistanın sülh müqaviləsinə hazır olduğunu qeyd etməsi müsbət haldır, ancaq: “Amma digər tərəfdən, biz bilirik ki, Paşinyan daima ikibaşlı fikirləri və qeyri-səmimiliyi ilə seçilib. Təəssüflər olsun ki, üçtərəfli bəyanatdan bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də delimitasiya və demarkasiya ilə bağlı Ermənistan birgə işçi qrupunun yaradılmasına maneə yaradır. Baxmayaraq ki, iki aydır Paşinyan delimitasiya və demarkasiyaya müsbət yanaşdığını bildirir”.
Politoloq o səbəbə Azərbaycanın öz gücünə arxalandığını və atacağı addımların nədən ibarət olduğunu yaxşı bildiyini vurğulayıb: “Ermənistan hakimiyyətində isə vəziyyət bunun əksidir: nə öz güclərinə arxayındırlar, nə öz siyasətləri var, nə də strategiyaları. Ermənistan daxili və xarici siyasətindəki bu xaosa son verməyincə, belə də davam edəcək. İstənilən erməni, harada yaşamasından asılı olmayaraq, bilməlidir ki, əgər Azərbaycan sərhədləri Ermənistan tərəfindən tanınmayacaqsa, eyni addımı biz Ermənistana qarşı atacağıq. Ermənistan dövləti Azərbaycan torpaqları üzərində qurulub. Təkcə Sovetlər dövründə Ermənistanın ərazisi 20 min kv km genişlənib. Buna görə də İrəvanın ərazi bütövlüyü və sülh sazişi məsələsində ikibaşlı oyunu onun ziyanına işləyir. Azərbaycan qarşılıqlı iddia ilə çıxış edə bilər və bunun üçün bütün tarixi, siyasi əsasımız, ən başlıcası isə gücümüz var”.
Ekspertin ehtimalına görə, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını 2025-ci ilədək uzatmaq istəyir və geosiyasi vəziyyətin dəyişməsinə ümid edir. “Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifləri müddətsiz deyil və hər şey Ermənistanın əleyhinə çevrilə bilər”, - deyə o xəbərdarlıq edib.
Rəsmi İrəvan onu da bilməlidir ki, Bakı və Ankara ona vaxtı süni şəkildə, illərlə uzatmağa imkan verməyəcək. Orada iqtidarda kim olur-olsun, arxasında kim durur-dursun...