Paşinyan elan elədiyi “sülh erası”nı ləngidə bilməyəcək; Ermənistanın ermənilərsiz qalmamasının tək yolu: saxta soyqırımından və ərazi iddialarından həmişəlik imtina...
Azərbaycan və Türkiyə mübaliğəsiz-filansız Ermənistana tarixi bir şans verib, unikal fürsət pəncərəsi açıb: nəhayət, hər cür axmaq iddialardan əl çəkib qonşularla anlaşmaq, dinc-yanaşı yaşamaq və öz xalqını uzun illərin dərin sosial-iqtisadi böhran bataqlığından çıxarmaq. Normal xalq, normal ölkə, normal qonşu kimi mövcud olmaq.
Əlbəttə ki, qonşulara qarşı az qala, əsrdən çox “yaşı” olan əsassız iddialardan əl çəkmək nəinki Ermənistanın siyasi elitası, ümumən erməni toplumu üçün asan olmayacaq. Bu yandan da hər zaman radikal mövqe sərgiləyən erməni lobbisi, faktiki terror yuvası olan erməni kilsəsi Türkə nifrətin zəifləməsinə, şübhəsiz, əngəl olmağa davam edəcək.
*****
Amma kövrək də olsa, pozitiv not var. Hər halda, sərsəm “miatsum”, “dənizdən-dənizə böyük Ermənistan” ideyaları erməni xalqına 100 ildə fəlakətdən savayı heç nə gətirməyib və inanmaq istəyirsən ki, erməni cəmiyyəti artıq bunun fərqindədir. Daha bu iddialar beynəlxalq birlik tərəfindən də əvvəlki ciddiliklə qəbul olunmur. Son Brüssel görüşlərinin yekunu, ATƏT-in axırıncı zirvə toplantısı buna bariz sübutlardır.
Təsadüfi deyil ki, bir neçə ay öncə Avropa səfərindən qayıdan baş nazir Nikol Paşinyan hökumətin iclasında belə bir ifadə işlətmişdi ki, “artıq beynəlxalq ictimaiyyət, Avropa bizim şikayətlərimizdən bezib”. Niyə bezib? Ona görə ki, bu şikayətlərin heç biri beynəlxalq hüquqla, tarixi gerçəkliklə, haqq-ədalətlə uzlaşmır. Elə sırf xristian ölkələrinin (hamısı yox!) tanıdığı uydurma “erməni soyqırımı” iddiası da.
Saxta tarix yazıb özünü ona inandırmaqla, uydurma tarixlə yaşamaqla deyil ki. Qanuni, haqlı şikayətlərdən Avropa, beynəlxalq təşkilatlar niyə bezsin ki? Deməli, erməni xalqı, onun önündə gedənlər üçün düzgün nəticə çıxarıb dərs götürmək zamanıdır. Əgər onlar həqiqətən, Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsindən silinməsini, Ermənistanın ermənilərsiz qalmasını istəmirlərsə, “yol xəritəsi” bəlli, şans qapısı açıq. Özü də bu yəqin ki, sonuncu fürsət olacaq...
*****
“Ermənistan qonşu dövlətlərin və Türkiyənin ərazi bütövlüyünü tanımalı, həmçinin təhdid və şantajdan əl çəkməlidir. Normal və davamlı münasibətlər qurmaq üçün bunlar əsas şərtlərdir”.
Bu sözləri Caliber.az-a türkiyəli ekspert, professor Toğrul İsmayıl Türkiyə-Ermənistan dialoqunun perspektivləri barədə danışarkən deyib.
“Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq istəyini ifadə edib və bu, ən əvvəl tarixi faktdır. Bu bir. İkincisi, Ermənistanın özü vasitəçilik üçün ən yaxın müttəfiqi Rusiyaya üz tutmuşdu ki, İrəvanla Ankara arasında Moskva bir növ siyasi körpü rolunu oynasın. Bu da normaldır, çünki qonşu ölkələr əsrlər boyu qarşıdurma vəziyyətində olmamalıdır”, - deyə o qeyd edib.
Lakin politoloqun sözlərinə görə, diplomatik münasibətlər qurmaq üçün Ermənistan “erməni soyqırımı” mifini unutmalıdır: “Özü də bu, ilk növbədə Ermənistanın maraqlarına cavab verir. Ermənistan müharibəni uduzub və iqtisadi vəziyyəti ağırdır. Əhali ölkəni kütləvi şəkildə tərk edir, demoqrafik fon kritikdir. Biz hələ digər sosial problemləri demirik. Ona görə həm bölgədə Ermənistanın dövlət kimi gələcəyi, həm də Türkiyə və Azərbaycanla normal dialoqun qurulması İrəvanın hərəkətlərindən və addımlarından asılı olacaq”.
Toğrul İsmayıl
Ekspert regionun gələcəyini müsbət məcrada görür. “Çünki Azərbaycan və Türkiyə artıq öz şərtlərini diktə edir və Ermənistan bu və ya digər şəkildə reallıqla barışmalı olacaq. Eləcə də Azərbaycanla sülh sazişi məsələsində. Barışmasa, Azərbaycan, Rusiya və Türkiyə onu məcbur edəcək”.
*****
Əsas təzyiq də sözsüz ki, Azərbaycan və Türkiyədən olacaq. Hərbi terminlə desək, “bacarmasa, öyrədəcəklər, istəməsə, məcbur edəcəklər”. Ən zəif bənd olaraq. Rəsmi İrəvanın Bakı və Ankara ilə şərtlə danışmaq dövrü keçib, yaxın və orta perspektivdə görünmür də. Qalır bu bəsit həqiqətin vaxt itirilmədən Ermənistanda və onun soyasi elitasında soyuq başla dərki. Əfsus ki, bu proses ləng gedir. Amma gedir. Ayrı yolları yoxdur.
“Türkiyənin ilkin şərtləri olmadan Ankara-İrəvan arasında əlaqələrin normallaşması baş tutmayacaq”.
Bunu erməni politoloq Armen Baqdasaryan deyib. O, Ermənistan rəsmilərinin ilkin şərtlər olmadan Ankara ilə danışıqlara başlaması yönündə açıqlamarına şübhə ilə yanaşdığını bildirib: “Türkiyə Ermənistandan bir daha ”soyqırım"ın tanınması məsələsini beynəlxalq səviyyədə qaldırmaması üçün israr edəcək. Ankara İrəvandan birdəfəlik və həmişəlik ərazi, maddi və s. iddialardan əl çəkməyi tələb edəcək. Daha bir tələb Zəngəzur dəhlizi ilə bağlı olacaq".
Baqdasaryana görə, Türkiyə habelə Ermənistanda məktəblərin dərslik proqramlarından “erməni soyqırımı” mövzunu da çıxartmağı şərt kimi irəli sürə bilər. Onun sözlərinə görə, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın danışıqlarda mövqeləri xeyli zəifləyib və erməni-türk prosesinə müharibədən əvvəl başlamaq daha yaxşı olardı...
*****
Yada salaq ki, keçən həftə Brüssel danışıqlarından qayıdan Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə demişdi ki, “Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi və Brüsseldə görüşlərdən sonra sülh gündəminin irəliləməsi üçün fürsət yaranıb”. Paşinyan onu da söyləmişdi ki, regionda Ermənistan hakimiyyətinin ölkə və bölgə üçün sülh erası siyasətini elan etdiyi yeni mühit formalaşıb.
Şübhəsiz ki, enində-sonunda belə də olacaq. İrəvan nə qədər ağır olsa belə, on illərin avantürist xarici siyasət kursundan imtina edib, sülh erası siyasətinə keçməlidir. Qonşuluqda əsas şərt isə səmimilikdir. Bir əlini barış üçün uzadıb o biri əlində, arxada “lom” gizlətməklə normal qonşu olmaq bir araya sığmaz.
Odur ki, seçim erməni tərəfinindir. İstəyərlər, böhran bataqlığından həmişəlik çıxıb inkişafa, rifaha üz tutarlar, istəməzlər, getdikcə daha da ağırlaşan indiki miskin durumlarında qalarlar... (musavat.com)