Şəhidlik insanın Allaha, Vətənə, xalqına, millətinə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən-Allah, xalq–haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə,vətən oğluna, qızına çevrilir. Buna görə də onlar bizim and yerimiz, qürur mənbəyimizdir ki, bu vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan ölümün üzünə dik baxaraq kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə qələbə naminə ölümün ağuşuna atıldılar.
Ermənilərin Dağlıq Qarabağdakı özbaşınalıqlarına və Qorbaçovun Vətənimizin bu doğma güşəsini əlimizdən almaq üçün qurduğu hiylələrə qarşı başlanan hərəkat, Azərbaycanın müstəqilliyi uğrunda hərəkat 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına çevrilməyə başladı. Lakin Moskva, Moskvaya qulluq göstərən xəyanətkar Azərbaycan rəhbərliyi, cürbəcür pozucu qüvvələr xalq hərəkatını daxildən parçalamaq üçün planlar hazırlayırdılar. Bəli, məhz “Dirçəliş” günündən sonra Azərbaycanda işğalçılara qarşı azadlıq hərəkatı güclənməsindən qorxan sovet rəhbərliyi Azərbaycanın itirilməsindən qorxuya düşərək planlar cızırdılar. Azərbaycan SSRİ üçün “yağlı tikə” idi. Bundan başqa Azərbaycan Rusiya üçün əhəmiyyəti ondan ibarət idi ki, əlverişli mövqedə yerləşirdi. Bu ölkə Şərq ölkələri ilə əlaqə saxlamaq üçün planlar hazırlayırdı.
Yanvarın 19-dan 20-nə keçən gecə “Böyük qardaş” Bakı planını həyata keçirməyə başladı. Axşam televiziya verlişləri kəsildi.Şəhərin kənarlarından atəş səsləri eşidilməyə başladı.İşıq saçan güllələr Bakının səmasını bürümüşdü. Küçə və meydanlarda əsl qırğın gedirdi. Tarixdə görünməmiş qanlı bir qırğın! Qarşılarına yığılmış hər şeyi–yük maşınlarını əzərək keçən tanklar saysız-hesabsız insan kütləsini avtomatlarla atəşə tutdular. Silahsız xalq-qoca, cavan qadın, uşaq güllə selinin altında hara gəldi qaçır, gizlənməyə yer axtarırdılar. Ağır tankları camaatın sıx yerinə yönəldib, adamların üstündən keçib gedirdilər. Yaşayış evləri, pəncərələr gülləyə tutulurdu. Yaralıları xilas etməyə gələn təcili yardım maşınlarını da gülləyə basır, can üstə olan yaralıları yenidən güllələyir öldürürdülər.
Yanvarın 22-də şəhidlərin dəfn günü oldu. Xalqımız başına gətirilən müsibətlər haqqında dünyaya haray sala bilmirdi. SSRİ-nin rəhbərləri isə özlərini təmizə çıxarmaq üçün xalqımıza qarşı böhtanlar yağdırırdılar. Belə bir vaxtda Moskavda–Kremldən bir qədər aralıda xalqımız üçün doğma olan qüdrətli bir səs ucaldı. Bu səs Bakı qırğını törədənlərin qanlı cinayətlərini açıb göstərdi, bütün dünyaya əsl həqiqəti elan etdi. Bu səs cinayətkarların cəzalandırılmasını cəsarətlə, bütün kəskinliyi ilə tələb etdi. Bu səsin sahibi, bu cəsarətin sahibi xalqımızın sədaqətli oğlu Heydər Əliyev idi. Xalqımızın bu ağır günündə Heydər Əliyev xəstə olmasına və təqib edilməsinə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqına başsağlığı verdi.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümumilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. O, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. O, tələb etdi: “Azərbaycana kənardan böyük qüvvə kontingengi yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə bəllidir. Azərbaycanda kifayət qədər 4-cü Ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası Hava Hücumdan Müdafiə Qoşunları, DİN-nin daxili qoşun birləşmələri vardır. Əgər belə zərurət var idisə,
orada yerləşən hərbi hissələrədən istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.
Heydər Əliyev sonralar Naxçıvan Muxtar Respublikasının başçısı, daha sonra isə Azərbaycan Respublikasının prezidenti olanda 20 Yanvar hadisələrini dəfələrlə yada salmış ona düzgün və kəskin qiymət verilməsini tələb etmişdir.
20 Yanvar şəhidlərinə ən müqəddəs abidə xalqımızın müstəqilliyi, azadlığıdır. Xalqımız bu müstəqilliyi göz bəbəyi kimi qoruyub saxlamaqla 20 Yanvar şəhidlərinin xatirəsini əbədi yaşadacaqdır.
Ulu öndər demişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır....”
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda bir addım oldu. 1991-ci ilin 18 oktyabrında Müstəqilliyimiz bərpa olundu.
Ulu Öndər Heydər Əliyevin Fərmanı İlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Ulu Öndərin yolunu uğurla davam etdirdi. İlham Əliyevin 19 yanvar 2006-cı ildə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzalandı.
20 Yanvar faciəsi müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir.
Bilgəh qəsəbəsi, 142 saylı tam orta məktəbin direktoru,
AMEA-nın Arxeologiya və Etnoqrafiya institunun doktorantı Gülnaz Abdullayeva