20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, axın-axın Şəhidlər xiyabanına gedir, azadlıq, istiqlaliyyət yolunda canlarından keçən mərd oğul və qızlarımızın xatirəsini yad edir, ruhlarına dualar oxuyur.Yaddaşlarımıza soyqırımı kimi həkk olunan 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Təəssüf ki, bu cinayəti törədənlər, onun təşkilatçıları hələ də beynəlxalq müstəvidə hüquqi qiymətlərini, layiq olduqları cəzasını almayıblar.
Təbii ki, 20 Yanvar hadisəsi yalnız faciə kimi xatırlanmamalıdır. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir.
Həmin dövrdə Qarabağda yaranmış yeni qığılcım şəraitində sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət keçən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görülsün.
1990-cı ilin yanvarında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların əsgərləri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü Ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 nəfər ağır yaralanmış (onların arasında 25 qadın və 20 uşaq var idi ki, onlardan da bəziləri ömürlük şikəst oldu); 4 nəfər itkin düşmüş; 881 nəfər isə qanunsuz həbs edilmişdir. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-ə çatmışdı.
Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər.
Həmin gecə azadlıq mücadiləsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Bu, elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın , cəsarətlə mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin məntiqi nəticəsi idi.
Sovet rejiminin göstərişlərini yerinə yetirən Azərbaycanın o vaxtkı rəhbərliyi müxtəlif vasitələrlə bu faciəni ört- basdır edir, təqsirkarı özümüzdə axtarırdı. İmperiyanın törətdiyi qanlı hadisə barsində ilk dəfə ulu öndər Heydər Əliyev dünya ictimaiyyətini məlumatlandırdı. Həmin vaxt Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını risk altında qoyaraq, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi. Ulu öndər orada bəyanat verərək, bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham etdi.
Həmin bəyanatdan bəzi məqamları diqqətə çatdırmaq istərdim: “...Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm...
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm….
…Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.”
Heydər Əliyev bu qanlı qərarı qəbul etmiş adamların hərəkətini kəskin pisləyərək, siyasi qəbahət saymışdır. Müdrik şəxsiyyət Azərbaycana kənardan böyük ordu kontingenti yeridilməsinin səhv qərar olduğunu bildirərmişdi. Bütün bunlardan sonra Bakıya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.
Bütün bu hadisələrdən sonra müstəqilliyimizin əldə edildiyi ilk illərdə müstəqilliyimizi, suverenliyimizivə azadlığımızı borçlu olduğumuz həmin tarixi hadisəyə vaxtında düzgün hüquqi qiymət verilmədi. Məhz 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-
cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdı, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəticədə müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
20 Yanvar gününün “Ümumxalq Hüzn Günü” kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
20 Yanvar bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində ölkəmiz, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra – 2020- ci ildə də nümayiş etdirdi.
Beynəlxalq təşkilatların 30 il ərzində nizamlamaya bilmədikləri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycanı bütövləşdirdi. Son olaraq cənab Prezidentin dediyi kimi: Azərbaycan xalqı qəhrəman xalqdır! Azərbaycan xalqı müzəffər xalqdır!
Bakıxanov qəsəbəsi, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova