Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədov - Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən 32 il ötür. Bu münasibətlə bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsl mahiyyəti geniş təhlil olunur. Faciələrimizi unutmamalı, indiki və gələcək nəsillər onlar barədə dolğun məlumatlandırılmalıdırlar.
Ulu öndər Heydər Əliyevin bu fikirləri qeyd lunmalıdır ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz tariximizi bilməli, xalqımızın başına gətirilən faciələr barədə dolğun məlumatlara malik olmalıdırlar. Gənclərimizin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyəsində məktəblərin rolunu nəzərə alsaq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətinin olduqca böyük olduğunu aydın görərik.
20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan sonsuz qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda mücadiləsinə güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu: “Baş verən hadisələr sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanında yanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən göstərilən sonsuz ehtiram və dövlətimiz tərəfindən verilən yüksək qiymətdir. Şəhidlərin uğrunda canlarını qurban verdikləri Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın imzasının imzalar arasında daha parlaq görünməsini şərtləndirir. Bu gün müstəqil Azərbaycana hansı tərəfdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Azərbaycan 2020-ci ildə misilsiz Zəfəri ilə adını tarixə qalib ölkə kimi yazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı faciələrimizin ildönümlərində o anları kədərlə xatırlasa da, 30 ilin işğalına son qoyulmasından sevinclidir. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu baxımdan keçmişimizə baxaraq gələcəyimizi daha böyük hədəflər üzərində qurmalıyıq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün məhz bu çağırışı edir ki, daim gələcəyə baxmalıyıq. Qalib Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradır. Zəfərimiz qürurumuz, milli kimliyimiz, baş ucalığımızdır”.
20 Yanvar qırğını və digər faciələr zamanı mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız o müdhiş 20 Yanvar gecəsini daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.