44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanmızın rəhbərliyi altında rəşadətli Ordumuzun Ermənistanın işğalçı silahlı qüvvələrini darmadağın etməsi regionda vəziyyətin köklü şəkildə dəyişməsinə zəmin yaratmışdır. İlk növbədə otuz ilə yaxın davam edən işğal faktı aradan qalxmış, regionda müharibənin ərazi baxımından arealının genişlənməsi mümkünlüyü minimuma endirilmiş və beləlikə regiona münasibətdə mövcud olan siyasi və geosiyasi maraqlar müstəvisində yeni yanaşmalar meydana gəlməyə başlamışdır. Məsələn, Zəngəzur dəhlizinin açılmasında Rusiya, Çin, Pakistan, İngiltərə və bu kimi başqa dövlətlərin maraqlı olması buna bariz nümunədir. Düzdür, İran kimi qeyri-konstruktiv xarici siyasət sərgiləyən ölkələrin bu layihənin reallaşmasına hər vasitə ilə maneə törətməsi də diqqətdən kənarda qalmamalıdır. Bununla belə, regionun iqtisadi baxımdan çiçəklənməsində maraqlı olan Azərbaycan “üç üstəgəl üç” formatında region ölkələrinin nəhəng iqtisadi layihələrə cəlb edilməsini özünün xarici iqtisadi siyasətinin prioriteti kimi diqqətdə saxlayır.
İkincisi, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə dünyaya sübut etdi ki, o, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı dövlətdir və onun xarici siyasət prioritetlərindən biri nəinki, Cənubi Qafqaz regionunda, bütövlükdə isə bütün dünyada siyasi-iqtisadi sabitliyə dəstək vermək və onu təşviq etməkdən ibarətdir. Bu gün Azərbaycanın bir sülhsevər dövlət olmasını sübut edən kifayət qədər faktlar var. 2011-ci ildə Azərbaycan Respublikasının iki il müddətinə BMT TŞ qeyri-daimi üzv seçilməsi o deməkdir ki, bu dövlət BMT Nizamnaməsində nəzərdə tutulan dəyərlərə və prinsiplərə sa-diqdir və onun xarici siyasəti dinc qonşuluq və əməkdaşlıq prinsiplərinə söykənir. Cənab Prezidentin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində qeyd etdiyi kimi Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir və bu gün heç bir dövlət Azərbaycanın xarici siyasət qərarlarına təsir edə bilməz.
Ramana qəsəbəsi, 137 nömrəli tam məktəbin
tarix müəllimi İlyas Abbasov