Azərbaycanın davamlı olaraq müstəqil siyasət aparması artıq dünyanın ən inkişaf ölkələri tərəfindən istər-istəməz qəbul edilir. Məhz 44 günlük Vətən müharibəsi sübut etdi ki, heç bir dövlət Azərbaycan Respublikasının müstəqil xarici siyasətinə təsir edə bilməz.
Bu siyasətin davamlı olaraq Azərbaycan dövləti tərəfindən həyata keçirilməsi nəticədə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə, sülhsevər ölkələr tərəfindən bizim haqq işimizin müdafiəsinə gətirib çıxardı. Digər ölkələrlə yanaşı, qonşu ölkələrlə də sülh və əminamanlıq şəraitdə yaşaması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Erməni işğaldan azad edilmiş tarixən Azərbaycana məxsus olan ərazidə yaşayan müxtəlif milli mənşəli insanlar, xüsusən ermənilər Azərbaycan vətəndaşı olmasını dərk edib, ölkəmizin qanunvericiliyinin, xüsusən də Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə riayət etməli, onlara hörmət və ehtiramlə yanaşmalıdırlar. Rusiya sülhməramlılarının olduğu yerlərə əcnəbilərin ölkəmizə gəlməsi və olkəmizdən getməsi, həmçinin malların və nəqliyyat vasitələrinin ixracı, idxalı və tranzit nəql edilməsi milli qanunvericiliyə müvafiq olaraq müfafiq dövlət orqanlarının nəzarəti altında həyata keçirilməlidir.
Sözsüz ki, Azərbaycan Respublikası Prezdetinin İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsində qeyd etdiyi məsələlərin həlli ölkəmizin sosial iqtisadi inkişafı, milli təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin büynəlxalq miqyasda qüdrətli bir dövlət kimi qəbul edilməsində çox önəmli, zəruri olan məsələrdən biridir və onların həll edilməsinə dair bir çox humanist tədbirlər davamlı olaraq həyata keçirilir.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
tarix müəllimi Mehriban Poladova