Müasir dövrümüzdə xarici siyasət müstəqil dövlətlərin ən həssas, ən çox diqqət yetirdiyi məsələlər arasındadır. Xarici siyasətdə qazanılan uğur inkişafa, bu sahədə problemlər isə məhvə aparır. Yaxın şərq regionunda baş qaldıran siyasi proseslərin fonunda biz bunu əyani gördük. Liderlərin yarıtmaz xarici siyasəti sonda sadə vətəndaşların həyatı bahasına başa gəldi. İndinin özündə də Suriya, Liviya və digər ölkələrlərin vətəndaşları dənzilərdə boğulur, digər ölkələrə köç edir və.s
Azərbaycanın xarici siyasəti balanslaşdırılmış xarici siyasətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətdə mehriban qonşuluq əsas prioritetdir. Qonşuluq siyasətinin fonunda beynəlxalq münasibətlərin qorunması və bu münasibətlərin inkişaf etdirilməsi ümumilikdə xarici siyasətdə mühüm uğurların əldə olunmasını şərtləndirir ki, Azərbaycanın bu gün həyata keçirdiyi xarici siyasətdə bu amili açıq aydın sezmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan özünə həm etibarlı tərəfdaşlar toplayıb həm də beynəlxalq aləmdə nüfuz sahibi olub. Xarici siyasətin parlaq nəticəsi kimi Qarabağ münaqişəsinin həlli, Xocalı soyqırımının dünya ictimayyətinə tanıdılması və ümumilikdə erməni vandalizmi ilə bağlı dünyanın əksər ölkələrinin həmrəylik göstərməsini qeyd edə bilərik. 44 günlük Vətən müharibəsi zamanı biz bir daha bunun şahidi olduq ki, Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü xarici siyasət nəticəsində dünya dövlətləri Azərbaycanı dəstəkləyir. Başda qardaş Türkiyə olmaqla, Pakistan və Ukrayna eləcə də digər ölkələr Azərbaycanın haqq yolunda apardıgı mübarizəni heç nədən çəkinmədən, heç bir beynəlxalq təzyiqə baxmadan açıq-aydın dəstəkləyirdilər. Bütün bunlar Azərbaycanın beynəlxalq siyasətdə düşünülmüş siyasət həyata keçirdiyinin bariz nümunəsidir.
Azərbaycan xalqı dövlətin,hökumətin həyata keçirdiyi daxili və xarici siyasətdə hansı prioritet sahələrin oldugu barəsində əsində kifayət qədər məlumatlıdır. Bu siyasətin belə sistemli qurulmasında isə cənab Prezident İlham Əliyevin rolu danılmazdır. Vətən müharibəsinin ilk günündən eləcə də ondan öncəki dövrdə “Mən hər bir azərbaycanlının prezidentiyəm “ deməsi ilə hökumətin həyata keçirdiyi siyasət barəsində vətəndaşlara ətraflı, dolğun məlumat verən cənab Prezident vətəndaşlarla yanaşı beynəxlalq siyasətdə də şəffaf mövqe ortaya qoydu.Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib.Bu,çox açıq və prinsipial siyasətdir.Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur.Ona görə ki,bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlıgın möhkəmlənməsi üçün nəzərdə tutulur.Ötən günlərdə 35 dən artıq yerli və beynəlxalq jurnalistlərin suallarını 4 dildə cavablandıran dövlət başçısının müsahibəsini buna misal gətirmək olar.Hər bir sualı tarixi faktlarla,dəqiqliklə, dolgun cavablandıran ölkə başçısı keçirdiyi siyasət və davranışları ilə dünya ictimayyətini real vəziyyəti analitik şərh etmə bacarığı ilə heyran qoydu. Prezidentin bu addımı beynəlxalq sorğu agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq sorğu agentlikləri İlham Əliyevi ən yüksək statuslu siyasətçi kimi təqdim edirlər. İlham Əliyevin beynəlxalq reytinqinə nəzər salanda aydın görünür ki, məhz adrıcıl və balanslaşdırılmış siyasət nəticəsində cənab Prezident bir sıra dövlət başçılarını qabaqlayıb.
BMT və digər beynəlxalq təşkilatlarda hər zaman qətiyyətli mövqe sərgiləyən Azərbaycan bu yüksək tribunadan erməni vandallarının həyata keçirdiyi terrora dünya birliyinin ədalətli mövqe sərgiləməsi üçün daim iş aparıb. Bu iş bu gün də davam edir. Cəbhədə müharibə bitsə də beynəlxalq arenada düşmən hələ də öz manevrlərini etməkdədir. Bu üzdən Azərbaycanın beynəlxalq siyasətində erməni vandalizmini işfa etmək ən ündə məsələlərdəndir. Bu işdə təkcə dövlət və hökumət nümayəndələri deyil, hər bir azərbaycanlı çevik iş aparmalı, hər bir vətəndaş bu işə öz töhfəsini verməyi bacarmalıdır.
Biz də bu ölkənin ziyalısı kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasəti dəstəkləyirik.
Eks millət vəkili, 295 nömrəli tam orta məktəbin direktoru;
Dilarə Cəbrayılova