Azərbaycan xalqı hər zaman xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini həyata keçirmişdir

Azərbaycan xalqı hər zaman xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini həyata keçirmişdir Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun ən əsas istiqamətlərindən biridir. 44 gün davam edən Vətən müharibəsində xalqımızın bir sıra igid oğulları işğalçı düşmənə qarşı keçirilən hərbi əməliyyatlar zamanı şəhid olmuş, bir qismi isə sağlamlıqlarını itirərək əlil olmuşlar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020 -ci il tarixli Fərmanı ilə “Yaşat Fondu” yaradılmışdır. Əlbəttə, hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. “Yaşat Fondu”-nun yaradılması da bunlardan biridir.

Azərbaycan xalqı hər zaman xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini həyata keçirmişdir. “Yaşat Fondu”-nun yaradılması isə ümumxalq olaraq bir-birimizə dəstək olmaqda köməyimizə çatır. Həm vətəndaşlarımız, həm xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsində həmrəylik nümayiş etdirirlər.

Ərazi bütövlüyümüzün müdafiəsi ilə bağlı yaralananların və şəhid ailələrinin sayı, onların qayğısına xüsusi həssaslıq, diqqət və əldə olan imkanların təxirəsalınmadan ədalətli bölgüsünü tələb edir. Bu səbəbdən, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəazərəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik şurası həyata keçirir.

Eyni zamanda, burada əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafəsi sahəsində dövlət tərərfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Buraya mənzil şəraiti yaxşı olmayan, yaxud (mənəvi cəhətdən həll edilməsi arzulanan ancaq hüquqən həlli xeyli suallar, mürəkkəbliklər yaşadan) bank-kredit problemlərini də əlavə edə bilərik.

Müdriklərin qərinələri aşıb reallığını günümüzə qədər qoruyub saxladığı bir deyim var: “El bir olsa, dağ oynadar yerindən.” Bu Fondun yaradılışı da bu deyimi özündə ehtiva edir.

Bu gün torpaqlarımızın mənfur düşməndən azad olunması uğurunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır, onların dövlətimizə və hər zaman xalqının yanında olan qalib Prezidentimizə inam hissini, məhəbbətini daha da artırır.

Zabrat qəsəbəsi, Xavər Vəliyev adına 75 saylı məktəbin

İbtidai sinif müəllimi Könül İmamverdiyeva

Oxşar xəbərlər