Müstəqilliyi əldə etmək, onu qorumaq elə də asan deyil. Azərbaycan dövləti də ilk dəfə müstəqilliyini XX əsrin əvvəllərində - 1918-ci il 28 mayda əldə etdi. Lakin cəmi 23 ay ömrü olan bu dövlət XX əsrin sonunda yaranmış tarixi şərait nəticəsində öz dövlət müstəqilliyini bərpa etdi.
1991-ci il oktyabrın 8-dən başlanan müzakirələrin sonunda oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildi. Müstəqilliyin bərpasından sonra ilk olaraq Türkiyə Respublikası müstəqilliyimizi tanıdı.
Dövlət müstəqilliyinin yenidən bərpa olunması Azərbaycan xalqının əzmi və arzusu nəticəsində mümkün oldu. Müstəqilliyimiz ağır sosial-iqtisadi şəraitdə, xalqımızın ağır sınaqlardan keçdiyi dövrdə bərpa olundu.
XX əsrin sonunda – müstəqilliyini bərpa etdikdən sonra xalqımız onu itirmək təhlükəsi ilə qarşılaşdı. Bir tərəfdən Birinci Qarabağ müharibəsi, digər tərəfdən səriştəsiz rəhbərlər müstəqilliyimizi itirməyimizə səbəb olacaqdılar.
Müstəqilliyin elan olunmasından daha önəmlisi onun qorunmasıdır. Müdrik rəhbər, ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizin qorunmasını və inkişaf etməsini daha da sürətləndirdi.
Ulu öndər Heydər Əliyevin siyasi varisinin davamçısı Prezident İlham Əliyev də müstəqilliyin davamlı olması üçün misilsiz işlər görür. Dünya ölkələri ilə sıx, işgüzar, diplomatik danışıqlar apararaq ölkəmizin nüfuzunu, iqtisadiyyatını gücləndirmək uğrunda əzmli addımlar atır. Müstəqil Azərbaycan dövlətinin tarixi torpaqlarının bərpası yolunda aparılmış diplomatik danışıqların nəticə verməməsi Vətən müharibəsinin başlanmasına səbəb oldu. Vətən müharibəsinin qalibi kimi xalqımız bütün dünyaya sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq, ərazi bütövlüyünü bərpa etmək üçün canından keçməyə xalqımız hazırdır.
18 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümünü xalqımız fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş xalq kimi qeyd edir. Bu müstəqilliyin daimi olması üçün Azərbaycan dövləti daha möhkəm addımlarla irəliləyir. O cümlədən tarixi Zəngəzur torpaqlarını dinc yollarla qaytarmaq üçün öz prinsiplərini irəli sürür.
Gələcək nəsillər bu müstəqilliyin davamlı olması, müstəqillik üçün canından keçmiş qəhrəman oğul və qızların qanının yerdə qalmaması üçün canla – başla vətənə xidmət edəcək, Vətənimizin adını hər zaman zirvələrdə tutacaqlar. Bu müstəqil dövləti miras olaraq gələcək nəsillərə ötürəcəyik.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Aslanova