Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi insandır. Bu şəxs kimdir?
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında “RICH S.A.” şirkətinin rəhbəri Əvəz Səfərli adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
“RICH S.A.” şirkətinin rəhbəri Əvəz Səfərlinin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
«RICH S.A. MMC» 2000- ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkətimiz “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Əminliklə deyə bilərik ki, bu gün şirkətimiz Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutur.
Şirkət öz istehsal etdiyi məhsullarla regionların dondurmaya olan təlabatını ödəmək gücündədir.
Bir çox tanınmış xarici dondurma istehsalçılarının dа rəsmi distribyutorluğu şirkətimizə məxsusdur.
Hər il şirkətimiz öz məhsul siyahısına yeni-yeni dondurma növləri əlavə edir. Bu zaman istehlakçı dondurmanı yeni qablaşdırma kimi deyil, tamamilə yeni növ və yeni dad kimi qəbul edir.
«RICH S.A. MMC» istehsal prosesində yeni texnologiyaların tətbiqində də böyük işlər görmüşdür. Bundan başqa şirkət dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edir. İstifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün şirkət yüksək texnologiyalarla təchiz olunmuş və avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.
Məhsul çeşidinin keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun şəkildə nəzarət edilir. Bu da həmçinin istehlakçı və müştərilərin tələb və istəklərinin ödənməsinə xidmət edir.
İstehlakçı uğrunda mübarizədə “Millennium” dondurmalarının öz rəqibləri üzərində müvəffəqiyyət qazanmasının əsas faktoru yüksək keyfiyyətdir. Biz məhsulumuzun keyfiyyətinə zəmanət veririk və bununla hər an qürur duyuruq. Keyfiyyət şirkətin ümumi öhdəliyidir və məhsulun keyfiyyətinin artırılmasında yaxından iştirak etmək şirkətimizin hər bir əməkdaşının qarşısında duran əsas vəzifədir.
Keyfiyyət-uğurumuzun əsasıdır!