Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər