Yasamalda yaşayış binasında yanğın — Sakinlər təxliyə olunub

Yasamalda yaşayış binasında yanğın — Sakinlər təxliyə olunub Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Ölkə.Az" xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər