Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilib

Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilib 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binasının açılışı olub.
Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binasının açılış mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edib.
O, çıxışında deyib:
– 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə başda “Azərsu” ASC-nin sədri hörmətli Qorxmaz Hüseynov olmaqla, bu sahədə çalışan hər bir kəsi səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzu edirəm.
Bildiyiniz kimi uzun illər idi ki, Daşkəsən şəhərinin içməli su təminatı olduqca ciddi problemli bir məsələ idi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən rayonuna çox böyük diqqət, qayğısı və tapşırığı ilə Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Dövlət Proqramına daxil edilərək yüksək səviyyədə həyata keçirildi.
Hazırda Daşkəsən şəhərinin sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Sakinlərin təmiz, içməli su ilə təmin olunması, onların məişət şəraitinin yaxşılaşması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına da olduqca müsbət təsir göstərir.
Bu gün bizim üçün iki qat bayramdır. Belə ki, biz eyni zamanda “Azərsu” ASC-nin Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binasının açılışını da qeyd edirik. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən əhalisinin rifahı və sağlamlığı üçün gördüyü çoxşaxəli tədbirlərin nəticəsidir.
Daşkəsən şəhərinin içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya bütün Daşkəsən rayon əhalisi və ziyalıları adından, şəxsən öz adımdan dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
“Azərsu” ASC 7 №-li Sukanal İdarəsinin rəisi Xaqani Vəliyev isə bildirib ki, Daşkəsəndə əhaliyə yüksək xidmətin göstərilməsi məqsədilə Daşkəsən Sukanal Sahəsi üçün yeni inzibati bina tikilib. Ümumi sahəsi 190 kvadratmetr olan binada ulu öndər Heydər Əliyev guşəsi yaradılıb, işçi otaqları, İT otağı, iclas zalı, müştərilərin qəbulu üçün hər cür şərait yaradılıb. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Sonda Daşkəsən Sukanal Sahəsinin bir qrup işçisi 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı və göstərmiş olduqları yüksək peşəkarlığa görə Daşkəsən rayon İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın ictimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilibDaşkəsən Sukanal Sahəsinin yeni inzibati binası istifadəyə verilib

Oxşar xəbərlər