Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi olan İlham Əliyev yeni əsrin yeni lideri olaraq düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı inamla irəli aparır və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarıb.
Azad zona dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericiliyi özündə əks etdirən rejim altında fəaliyyət göstərir. Burada həm iqtisadi, həm də sosial məqsədlər var.
İqtisadi məqsədlər:
— Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması
—Yüksək istehsalın inkişafı üçün xarici və daxili investisiyalar cəlb etmək
— Ölkə büdcəsində valyuta daxil olmalarının artırılması
Sosial məqsədlər:
— İş yerlərinin sayının çoxalması, əhalinin məşğuliyyətinin təmin edilməsi
— Elmi mərkəzlərin nəaliyyətlərinin cəlb edilməsi
— Milli bazarın yüksək keyfiyyətli məhsullarının doldurulması.
Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində Azad İqtisadi Zonalarının yaradılmasının iqtisadi önəmi var. Zonaların yaradılması məsələsi respublikamızda da qabardılmış və daha aktual xarakter almışdır.
Ələtdə iqtisadi zonanın yaradılması Azərbaycan üzərindən nəqliyyat daşınmalarını daha da artıra bilər. Ona görə də zonanın yaradılması üçün onun hüquqi bazası yaradılmalıdır. Bu prosesi yubatmaq olmaz. Bu qanunun sürətlə aparılması vacibdir. Ələt Azad Zonası bu qəsəbədə yerləşən yeni dəniz limanı ətrafında yaradılacaq. Bura Azərbaycan üzərindən daşınan yüklərin çeşidlənməsi, qablaşdırılması və emalı mümkün olacaq.
Burada fəaliyyət göstərən sahibkarlara vergi güzəştləri nəzərdə tutulacaq. Ələt Azad İqtisadi Zonasında əsas məqsəd Azərbaycan üzərindən yük daşınmasını daha da cəlbedici etməkdir.
Nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın bu mövqeyinin üstünlüklərindən yararlanmağı təmin etmək üçün 2015-ci ildə ölkə Prezidentinin Fərmanı ilə Koordinasiya Şurası yaradılıb. Bütün bu tədbirlərin nəticəsini isə yük daşınmalarının statistik göstəricilərində də görmək olar.
Ötən il Azərbaycan üzərindən 10.4 milyon ton tranzit yük daşınıb. Bu il 2020-ci il ilə müqayisədə 16% artım müşahidə olunub.
Qaradağ rayonu Ələt qəsəbəsində yaradılması nəzərdə tutulan xüsusi iqtisadi zona üçün qanunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübəyə uyğun müxtəlif istehsal sahələrinin qurulacağı bu ərazilərdə sahibkarlara vergidən və digər rüsumlardan azad edilmə, dünya bazarına rahat çıxış imkanları kimi üstünlüklərin verilməsi planlaşdırılır.
Qaradağ rayonu tərkibində olan Ələt qəsəbəsinə şəhər statusu verilməsi gündəmdədir. Gələcəkdə 200 min əhalisi olan şəhər olması perespektivdədir.
Ümumilikdə bu ölkə iqtisadiyyatına gəlir gətirən bir sahə olacaqdır.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Xumar Hacıyeva