Son günlərdə ölkə iqtisadiyyatı üçün əlamətdar bir hadisənin şahidi olduq. “Azad İqtisadi Zona” termini, bəlkə də, bəzilərimiz üçün anlaşılmaz və yaddır. Amma bu terminin mahiyyəti ilə maraqlandıqda dövlət başçımızın, cənab Prezident İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoymaqla hansı iqtisadi uğura imza atdığının şahidi olursan.
Azərbaycanda qeyri-neft sektorunun inkişafını hədəfləyən, ixrac potensialının artmasına yönəlmiş, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir çox layihələr icra olunub. Bu layihələrin uğurlu davamı olan Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizə yeni texnologiyalar gətirəcək, yeni iş yerləri yaradılacaq, burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və ölkəmizin qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.
Ələt Azad İqtisadi Zonasının yaradılması prosesi heç də bəsit bir iqtisadi əməliyyat deyil. Bunun üçün ölkənin dünya iqtisadi göstəcilərində müəyyən yer tutması və investorlarınfəlaiyyəti üçün lazımi şərait və hüquqi baza yaratması vacibdir ki , bunu da dövlətimiz layiqincə yerinə yetirmiş və müvafiq tədbirləri həyata keçirmişdir.
Azərbaycanın açıq dənizlərə birbaşa çıxışının olmamasına baxmayaraq, coğrafi vəziyyət nəzərə alınmış və investorlarüçen daha cəlbedici şərtlər təqdim olunmuşdur. 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsi ilə bağlı cənab Prezidentin sərəncamı, 2018-ci ildə qəbul edilən qanun bu layihənin qanunvericilik bazasının işlənilməsi üçün atılan addımlar idi.
Ələtdə Beynəlxalq Dəniz Limanının yerləşməsi burada iqtisadi zonanın fəlaiyyəti üçün önəmli amillərdən biridir. Şərq-Qərb dəhlizi və Şimal-Cənub dəhlizinin Ələt ərazisindən keçməsi də əlverişli rol oynayır.
Dünya Bankının hesabatlarında, eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan investisiya iqlimi, elektrik təchizatı, dəmir yol xidmətlərinin səmərəliliyinə, hava nəqliyyatının səmərəliliyinə, avtomobil yollarının keyfiyyətinə, Xəzər gəmiçiliyi gəmiçilik xidmətinə görə ön sıralardadır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir.
Azərbaycanda həmçinin güclü kadr potensialının olması, təhlükəsizliyin təmin edilməsi, tolerantlıq məsələləri və ən nəhayət mövcud sabitlik hər bir investoru buraya cəlb edə biləcək məqamlardır.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün layihələr uğurla başa çatıb və ya uğurla da davam edir. İnanırıq ki, Ələt Azad İqtisadi Zonasının yaradılması təşəbbüsü onun uğurlu iqtisadi, siyasi və sosial siyasətinin növbəti addımı olacaqdır.
Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktoru Yeganə Məhərrəmova