Pakistanda qatarlar toqquşdu - 36 ölü, 50 yaralı (VİDEO)

Pakistanda qatarlar toqquşdu - 36 ölü, 50 yaralı (VİDEO) Pakistanda iki qatar toqquşub.
"Hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

Qəza nəticəsində 36 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Hadisə zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.


Oxşar xəbərlər