Bakıda dəhşətli qəza: 3 nəfər yanıb öldü - VİDEO

Bakıda dəhşətli qəza: 3 nəfər yanıb öldü - VİDEO Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb.
Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən "Report"a bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.




Oxşar xəbərlər