2016-cı ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olub. Belə ki, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 571 nəfər həlak olmuş, 1555 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), həlak olanların sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.
Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 138 nəfər həlak olub, 515 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil dib, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 41 nəfər uşaq və yeniyetmə həlak olmuş, 137 nəfər yaralanıb.(lent.az)