Polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis ölüb, bir neçəsi yaralanıb - VİDEO

Polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis ölüb, bir neçəsi yaralanıb - VİDEO Bakıda polis avtomobili minik maşını ilə toqquşub. APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porshe” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər