Yağ qiymətlərində artım, idxaldan asılı bazar - Problem və həlli yolları

Yağ qiymətlərində artım, idxaldan asılı bazar - Problem və həlli yolları Cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilən məhsulların dəyəri illik müqayisədə 1,6% azalaraq 4,138 milyard dollara düşüb. Azalma bir sıra kənd təsərrüfatı məhsullarında özünü daha çox göstərib.
Belə ki, ilin ilk 3 ayında 21,260 mln. dollar dəyərində pomidor ixracı edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Doğrudur, ötən il Rusiya tərəfindən Azərbaycandan pomidor idxalına məhdudiyyətlər qoyulsa da, artıq bu məhdudiyyətlərin böyük bir qismi aradan qaldırılıb. Lakin Rusiyanı pomidor və alma ixracında əsas bazar seçən Azərbaycanda bu məhsulların ixracı 2 dəfə aşağı enib.

Eləcə də, Azərbaycanda daha çox üstünlük verilən kənd təsərrüfatı məhsulu kimi fındığın ixracı da azalıb. Fındıq ixracından 29,052 mln dollar əldə olunub ki, bu da illik müqayisədə 21,4% azdır. Çay ixracının dəyəri isə 9,2% azalaraq 2,020 mln dollar olub.

Mövzu ilə bağlı “Ölkə.az”a açıqlama verən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, ixracda azalma ilə yanaşı, ölkəyə kənd təsərrüfatı məhsullarının idxalında ciddi artım var. Özəlliklə, bu artım meyvə-tərəvəz idxalında müşahidə olunub:

“İxracdakı azalmanın bir səbəbi istehsal ilə bağlıdır. Düzdür, alma və pomidar ixracı ilə bağlı müəyyən maneələr var idi. Əgər istehsal kifayət qədər çox olsaydı, qonşu ölkələrə, Belarusiyaya, Orta Asiya ölkələrinə istixana şəraitində yetişdirilmiş pomidor məhsulları ixrac etmək olardı. Eləcə də, alternativ bazarlar tapmaqla ixracı artırmaq mümkün olardı.

Yağ qiymətlərində artım, idxaldan asılı bazar - Problem və həlli yolları


İstehsaldakı azalma isə bir sıra problemlərlə bağlıdır. Məsələn, fermerlər uzun müddətdir istixana şəraitində pomidor yetişdirirlər. Lakin cari ilin fevral ayında bir sıra fermerlər qaz, su, elektrik kimi kommunal xidmətlərdə problemlərin yaranması ilə bağlı şikayətlər səsləndirmişdi. Belə olan şəraitdə istehsalı düzgün qurmaq mümkün deyil. Bu kimi süni problemlər məhsuldarlığı azaldır, fermerləri müflis edir. Məsələn, Şəmkir rayonunun Cəyirli kəndindən olan fermərə bu ilin mart ayında 75 min manat ziyan vurulub və o, birillik gəlirindən məhrum olub. Bütün bunlar istehsalı azaltmaqla ixrac əlaqələrinin qırılmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, fındığın bir kiloqramı 16-17 dollara təklif olunurdu:

“İndi isə qiymət artıq 2 dəfədən çox aşağı düşüb. Çünki fındığa tələbat azalıb. Bu da alıcıları azaltmaqla ixracı aşağı salır. Son 5 ildə fındıq əraziləri 2 dəfə artıb. Çünki bu sahəyə göstərilən dəstək güclənib və subsidiya həcmi artıb. Lakin fermerlər bazarın konyukturunu izləyərək hansı məhsulu istehsal edəcəyinə qərar verməlidir.

Yağ qiymətlərində artım, idxaldan asılı bazar - Problem və həlli yolları


Həmçinin istixana biznesinin genişləndirilməsi ilə bağlı dəstəkləyici addımlar da oldu. Hazırda istixana şəraitində yetişdirilən məhsulların həcmi 9 dəfə artıb. Lakin istehsal artsa da, bazarın qəbul etmə səviyyəsi azdır. Düzdür, Rusiya bazarı var, amma elə bir ölkə yoxdur ki, Rusiyaya istixana məhsulu çıxarmasın. Azərbaycan məhsulları bir sıra digər ölkələrin istixana məhsulları ilə keyfiyyət və qiymət baxımından rəqabət aparacaq səviyyədə deyil”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycan bu dövrdə daha çox duru yağ idxal edib:

“Buğda, düyü, heyvandarlıq məhsulları ilə bərabər duru yağ idxalına da çoxlu miqdarda valyuta xərclənib. Bizim bazarımızda hazırda daha çox bitki yağına ehtiyac olduğu halda niyə məhz əsasən istixana məhsulları istehsal edilir? Ölkədə il ərzində 160 min ton bitki yağı istehlak olunur. Keçən il ölkəyə 167 min ton duru yağ idxal edilib. Ölkə bu sahədə tam idxaldan asılıdır. Bu il həmçinin yağın qiyməti 60% artım nümayiş etdirdi. Qiymətlərin artımına səbəb isə bizim ölkənin daha çox idxaldan asılı olması və digər ölkələrin də mövcud vəziyyətdən istifadə etməsi idi. Əgər Azərbaycan 80% tələbi daxili istehsalı hesabına ödəyə bilərdisə, bu zaman 20% idxalda qiymət artımı ümumi qiymətlərə bir o qədər təsir etməzdi”.

Ekspertin fikrincə, kəndli və fermerlərə günəbaxan və digər duru yağın əldə olunduğu bitkilərin istehsalına stimul yaradılmalıdır:

Yağ qiymətlərində artım, idxaldan asılı bazar - Problem və həlli yolları


“Yağın emalı üçün şərait yaradılmalıdır. İstehsal zamanı qayda pozuntularına yol verilməzsə, bu zaman bazara çıxarılan məhsul da ucuz olar. Eləcə də, günəbaxan bitkisinin suya tələbatının çox olmasını nəzərə alaraq suvarmadakı problemlər aradanm qaldırılmalıdır. Bu problem köklü şəkildə həll edilməzsə, bu il də eyni problemi yaşayacağıq”.

Oxşar xəbərlər