Ülviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoru

Ülviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoru Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyevadır.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ülviyyə xanım Əliyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Ülviyyə xanım Əliyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

1971-ci ildə Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1994-2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli tam orta məktəbində ixtisası üzrə müəllim, 2007-2009-cu illərdə Şilavar kənd ümumi orta məktəbində, 2010-2011-ci illərdə şəhər Xüsusi internat məktəbində, 2011-2020-ci illərdə A.Məhərrəmov adına şəhər 7 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2020-ci il tarixli, 151 nömrəli əmri ilə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Fəal dərsin qurulmasında internet resurslarından istifadə” və Türkiyənin İstanbul şəhərində STEAM layihəsi üzrə beynəlxaq təcrübə mübadiləsində iştirak etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.


Sorğu apardıq ağız dolusu Ülviyyə xanım Əliyevadan danışdılar yaxşı ki, Ülviyyə xanım Əliyeva Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiridir… Ülviyyə xanım Əliyeva öz isguzarlığı ilə tanınır və seçilir….

Ülviyyə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ülviyyə xanım Əliyevanı heç vaxt əqidəsindən döndərə bilməz.

Ülviyyə xanım Əliyeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ülviyyə xanım Əliyeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ülviyyə xanım Əliyeva ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ülviyyə xanım Əliyevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ülviyyə xanım Əliyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ülviyyə xanım Əliyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ülviyyə xanım Əliyeva özünü doğruldub. Bizdə hörmətli Ülviyyə xanım Əliyevanın dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri V.Şahbazov və C.Axundzadə rayonun Bəliton, Günəhir kənd tam və Türkəncil kənd ümumi orta məktəblərinin rəhbər heyyəti və buraxılış siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərin iştirakı ilə mövcud pandemiya qaydalarına uyğun şəkildə zona seminarı keçirib.

Seminarda 2019-2020-ci tədris ilində IX siniflərdə imtahan nəticələrinin təhlili və bu istiqamətdə irəliləmə və bəzi hallarda geriləmə dinamikası müzakirə olunub. Məhsuldar iş prosesində keçən seminarda mövcud karantin şəraitində tədrisin təşkili, fənn olimpiadalarının rayon turunun nəticələri ətraflı müzakirə olunub.

2020-2021-ci tədris ilində nəticələrin yüksəldilməsi üçün tövsiyyə və tapşırıqlar verilib.

Zona seminarları davam edir.


Ülviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoruÜlviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoruÜlviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoruÜlviyyə xanım Əliyeva: TƏHSİL - gələcəyin inkişaf faktoru

Oxşar xəbərlər