Cənab Prezidentimiz öz idarəçiliyi ilə, istər Ali Baş Komandan kimi, istərsə də dövlət başçısı kimi dünya ölkələrinə örnəkdir

Cənab Prezidentimiz öz idarəçiliyi ilə, istər Ali Baş Komandan kimi, istərsə də dövlət başçısı kimi dünya ölkələrinə örnəkdir Cənab Prezidentimiz İlham Əliyevin 25 fevral 2021 — ci il tarixində Ramana qəsəsbəsində şəhid ailələri ilə görüşündəki çıxışı barədə.
     Ölkəmiz müharibədən, böyük bir savaşdan yeni çıxıb və bu savaş cəmi üç ay yarımdır ki, bitib. Onu da qeyd edim ki, pandemiyanın bütün dünyanı cənginə aldığı bir zamanda ölkələrin çətin iqtisadi şəraitdə yaşadığı bir dövrdə Cənab Prezidentimiz şəhid ailələrini və müharibə əlillərini öz himayəsində saxlayır və paralel olaraq onların bütün ehtiyaclarının təmin olunması üçün müvafiq göstərişlər verir. 
   Təsəvvür edin, hamıya məlumdur ki, erməni vandalları işğal etdikləri torpaqlarımızdakı yaşayış üçün zəruri olan hər bir strukturu tamamilə məhv ediblər. Bunların bərpa olunması, işğaldan azad olunan ərazilərimizə yeni yolların çəkilməsi, bir sözlə infrastrukturun bərpa olması milyonlar tələb edir və ölkəmiz müharibə bitər bitməz bu layihələrin icrasına başlayıb.
Belə bir şəraitdə,  ölkəmiz üçün həlli vacib olan, xüsusilə əksəriyyəti çoxlu sayda maliyyə tələb edən layihələrin həyata keçirilməsi zərurəti yarandığına baxmayaraq, Cənab prezidentimiz şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunmasında iştirak edir. Ramana qəsəbəsində inşa edilən  yaşayış kompleksində doqquzmərtəbəli  otuz bina tikilib.Ümumən 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə uşaq bağçası,1200 şagird yerlik məktəb, klub — icma mərkəzi inşa olunub.
   Eyni zamanda Şağan qəsəbəsində reabilitasiya mərkəzinin də əsaslı təmirdən sonra Prezidentimizin iştirakı ilə  açılışı oldu və bu mərkəzdə minlərlə qazi müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi protezlər alınır ki, bunlar da müharibə dövründə əlini , qolunu, qıçını itirmiş qazilərimizin normal həyata qayıtmaları üçün əvəzsizdir. Dövlətimizin başçısı bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021 — 2025 — ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Bu proqrama əsasən  bu ilin sonuna kimi həm Birinci, həm ikinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evərin tikintisi davam etdirilir.
  Onu da qeyd etməmək olmaz ki, Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. Ali baş Komandanımızın  çox böyük əməyi sayəsində İkinci Qarabağ müharibəsində düşmənin 30 illik qurduğu çətin, «keçilməz» müdafiə xətti ordumuz tərəfindən  darmadağın edildi. Biz istədiyimizə az itkilərlə nail olduq, ona görə ki, Cənab Prezidentimiz hər əməliyyatı təsdiq edərkən ən vacib amil olan itkilərin az olmasına diqqət etməsi idi.
   Müasir  dünya ölkələrinin başçıları arasında Cənab Prezidntimizdən başqa  öz xalqını hədsiz dərəcədə sevən və xalqına məhəbbətlə qayğı göstərən, dövlətçiliyin keşiyində ayıq — sayıq dayanan ikinci bir dövlət başçısı tapmaq çox çətindir. Cənab Prezidentimiz öz idarəçiliyi ilə, istər Ali Baş Komandan kimi, istərsə də dövlət başçısı kimi dünya ölkələrinə örnəkdir. Danılmaz faktdır ki, dünyanın güclü və inkişaf etmiş  dövlətləri İkinci Qarabağ müharibəsində  az bir vaxtda qazandığımız böyük uğurun taktikasını araşdırır və öz ordularına inteqrasiya etməyə başlayıblar. Cənab Pezidentimizin beynəlxalq iqrisadi forumlardakı çıxışlarındakı fikirləri dünyanın aparıcı ölkələrinin rəhbərləri tərəfindən rəğbətlə qarşılanır və eyni zamanda ölkəmizlə  əməkdaşlığın öz ölkələri  üçün nə qədər dəyərli olduğuna diqqət yetirirlər. 
   Biz çox xoşbəxt xalqıq, ən azından ona görə ki, torpaqlarımızı düşmən işğalından azad edərək, ərazi bütövlüyümüzü bərpa edən, dövlət və dövlətçiliyimizin keşiyində daim qürurla dayanan, ölkəsinin hər bir gəncini öz övladı kimi sevən, bütün xalqı öz ətrafında yumruq kimi birləşdirərək idarə edən və düşmənə göz dağı verən İlham Əliyev kimi Prezidentimiz vardır.
   
Sabunçu qəsəbəsi, 215 saylı orta məktəbin direktoru
Cavad Mustafayev

Oxşar xəbərlər