Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkə prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə xalqa müraciətdə dediyi sözlər həqiqətə əsaslanır. Cənab Prezidentin dediyi “mən neft kapitalını insan kapitalına çevirəcəm” kəlamı və ya “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” cümləsi onun fəaliyyəti dövründə öz təsdiqini tapmışdır. Hazırda dövlətin iqtisadi siyasətinin sosial yönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyəri hər sahədə təsdiqini tapır.
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak etməsi ölkə Prezidentinin öz vətəndaşlarına göstərdiyi qayğı və diqqətin nümunəsidir.
Ramanada şəhid və müharibə əlilləri üçün yaradılan yaşayış kompleksində doqquz mərtəbəli 30 bina tikilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının 2021-ci ilin yanvarında imzaladığı sərəncamda təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komplekslə tanışlıqdan sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb, onların qarşısında çıxış edib.
XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarının 20 %-ni işğal etmiş, mənfur qonşumuzun həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 884 saylı qətnamələri 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdi. Ermənistanın mövqeyinə görə nəticə verməmişdi. Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalq torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal yolunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün sürən hərbi əməliyyat nəticəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücünü gördü. Müzəffər ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Azərbaycan əsgəri və zabitləri Ali Baş Komandanın əmrlərindən ruhlanaraq addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis – istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Sabunçu rayonununda şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə Prezident İlham Əliyev dedi :
- Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub. Bu gün eyni zamanda Şağan qəsəbəsində reabiltasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, sağlamlığını bərpa edəcək.
Azərbaycan Respublikasının Prezidenti prezident seçildikdən sonra mütamadi olaraq şəhid ailələri ilə dəfələrlə görüşüb 17 il ərzində 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib. 2020-ci ildə şəhid ailələrinə 1572 mənzil verilib.
“Birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin Bakıda, Sumqayıt və Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcəkdir” – Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə qeyd etmişdir.
Azərbaycan dövləti insanlara göstərdiyi qayğı və diqqətə görə dünya miqyasında ən qabaqcıl yerlərdə qərarlaşıb.
İlham Əliyev öz çıxışında dedi :
- Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib... Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək... müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.
Azərbaycan tarixində Birinci Qarabağ müharibəsi dövründə də Azərbaycanın mərd oğulları igidliklə vuruşmuş, öz canlarından keçmişlər. O vaxtlar Azərbaycanda nizami ordu yox idi. Özünümüdafiə qüvvələri amansız düşmənə qarşı vuruşsalar da, rəhbərliyin səriştəsizliyi üzündən əhali arasında böyük itkilər olmuşdur.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi. Cənab Prezidentin hakimiyyətdə olduğu dövrdə apardığı Gənclər siyasəti nəticəsində Azərbaycanda gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bu nəsil Ali Baş Komandanın əmri ilə birləşib torpaqları düşməndən azad etdi.
Xalq öz Prezidentinə inanır və onun hər bir kəlməsinin adi söz olmadığını bilir. Hakimiyyətdə olduğu dövrdə həyatının ən əlamətdar günlərini – ad günlərini, Milli bayramlarımızı – Novruz, Ramazan bayramların şəhid ailələrində , əsgər və sadə xalqla birlikdə keçirən Prezident sübut edir ki, O, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Onun qəlbi öz xalqı ilə birgə döyünür.
Bu gün müharibədən sonra azad olunmuş ərazilərimizdə geniş miqyaslı quruculuq işləri başlanıb. Düşmənin xarabalığa çevirdiyi məskənlərimiz Azərbaycan dövlətinin və xalqının iradəsi ilə gülüstana çevriləcək. O zaman şəhidlərimizin ruhu abadlaşan, gözəlləşən, xoşbəxt Qarabağımızı gəzib rahat olacaqdır.
Bilgəh qəsəbəsi, Telman İsgəndərov adına 142 nömrəli məktəbin direktoru
Gülnaz Abdullayeva