44 günlük müharibə bitdi, Ermənistan tərəfindən işğal edilmiş 330-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını tarixə yazdırdı, haqlı yerə fəxrimiz, qürurumuz olaraq Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı, uşaqdan-böyüuə hər kəsin qəlbini fəth etdi, milli birliyimizi daha da qüvvətləndirdi, torpaqlarımızı almaqla bizi millət olaraq ən böyük xəyalımıza qovuşdurdu. Biz artıq Qalib Azərbaycan vətəndaşlarıyıq. Xalq prezidentinə, Prezident xalqa arxalanır. Birliyimiz ayrıca qürurvericidir!
Bundan əvvəl isə Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərinə nail olmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.
İlham Əliyevin xalqa xidmətilə bağlı təkcə son dövrün hadisələrini yada salsaq, düşməni həm döyüş meydanında, həm diplomatik müstəvidə mat vəziyyətinə gətirərək məğlub edən, beynəlxalq sahədə qətiyyətli mövqe nümayiş etdirən, işğalçı Ermənistanın baş nazirinə kapitulyasiya sənədini imzalatdıran, bir-birindən parlaq layihələrə imza atan, uğurlu islahatlara hər sahədə davam edən bir ölkə başçısı, bir lider görürük.
Biz- Sabunçu rayonu 81 nömrəli məktəbin pedaqoji heyəti də bütün dərslərimizdə və dərsdənkənar fəaliyyətimizdə şagirdlərə qəhrəman Ordumuzun səyi və zəhməti nəticəsində qələbəmizin təminatçısı olan sevimli dövlət başçımızın daxili, xarici, hərbi siyasətini və bütün fəaliyyətini müntəzəm işıqlandıraraq, təbliğ edərək gənc nəslin öz dövlət başçısını tanımasına, dəstəkləməsinə, onunla hər sahədə qürur duymasına çalışırıq.
Onun komandanlığı ilə əsgər və zabitlərimiz noyabrin 8-də Şuşanı azad etdi, ardınca da bir günün içində 70-dən artıq kənd, 8 strateji yüksəklik ələ keçirib qələbəni təmin etdilər. Prezidentimizin bizə yaşatdığı Qələbə günü, Zəfər paradı sevincləri əsgər və zabitlərimizin qanı, canı bahası ilə danılmazdır. Xalqın maraq və arzularını reallaşdırmağı özünün ən ali məqsədi bilən İ. Əliyev bütün qüvvəsini, zamanını və enerjisini bu yolda sərf edir...Müharibədən sonrakı ərazilərin minalardan təmizlənməsi, işğaldan azad olunan rayonların yenidən tikilməsi, respublika miqyasında böyük quruculuq işləri planları göz önündədir. Dövlət başçımızın şəffaf və möhtəşəm fəaliyyəti, beynəlxalq mediyaya sərrast və dürüst açıqlamaları qəlbimizi qürurla doldurur.
Dövlət başçımız hər zaman şəhid ailələrini, qazi, müharibə iştirakçılarını diqqət mərkəzində saxlamışdır, bu diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir və bu sahədə prioritet təşkil edir. Yenidən prezident seçildikdən sonra möhtərəm prezidentimizin birinci Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələr nəzərdə tutulmuşdu. "Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin,"-demişdi möhtərəm prezidentimiz. Hələ 2019-cu ilə olan rəqəmlər göstərir ki, 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6144 minik avtomobili verilmişdir. 2019-cu ildə həmin vətəndaşlara 800 mənzilin açarı təqdim olunmuş, şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılmış, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunmuşdur. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşmış, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanmışdır.
Bu il də şəhid ailələrinə göstərilən diqqət, qayğı göz önündəndir. Fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Bakının Ramana qəsəbəsində şəhid ailələri üçün tikilmiş binaların açılışındakı iştirakını maraqla seyr etdik. Bir müəllim heyəti olaraq düşüncələrimizi, minnətdarlığımızı bölüşmək istədik.Tərbiyə etdiyimiz və təhsil verdiyimiz hər bir şagirdi gələcəkdə prezidentimizə və ümumiyyətlə, prezident vəzifəsinə layiq, hərtərəfli, şəxsiyyət, vətənə, millətə, dövlətə xeyirli övlad, vicdanlı vətəndaş yetişdirmək istəyirik. Bunun üçün bütün həyat yolu ilə nümunə olan dövlət başçımız var.
Müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq artıq Ramana qəsəbəsində şəhid ailələri üçün 1512 mənzildən ibarət yaşayış kompleksi, məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə təmin ediləcək ki, bu da sevindirici və ümidvericidir. Prezidentimizin çıxışını diqqətlə izləməyi hər zaman şagirdlərimizə tövsiyə edən biz müəllimlər dünən özümüz də onu diqqətlə dinlədik və kimin fəaliyyətini dəstəklədiyimizin, kimin arxasında durduğumuzun bir daha şahidi olduq.
Prezidentimiz, eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışından danışıb. Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş 300-dən çox qazimiz üçün ən müasir protezlər sifariş edilmişdir.
Dövlət başçımızın dünən Ramanadakı çıxışında qeyd etdiyi kimi, Ermənistan ordusundan məhv edilən 6-7 min işğalçının birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir.
Buna görə də dövlətimizin bu sahədəki bütün addımları təqdirəlayiqdir, bəyəniləndir. Biz müəllimlər də bunu alqışlayırıq və bu uğurlu daxili siyasəti hər zaman dəstəkləyirik.
Var olsun Prezidentimiz, yaşasın Azərbaycan dövləti! Uğurlu siyasətilə hər zaman dövlət başçımızın arxasındayıq! Onu alqışlayırıq və dəstəkləyirik! Qoy bütün dünyaya Azərbaycan xalqının necə qəhrəman xalq olduğunu sübut edən liderimizin bundan sonrakı fəaliyyəti daha da uğurlu olsun!
Biz də arxa cəbhədə onun layiqli davamçılarını və əsgərlərini yetişdiririk! Bütün müəllim ordusu onun əsgərləridir! Nəinki Qarabağ, bütün Azərbaycan bizimdir və ulu öndərimizin dediyi kimi: " Mən fəxr edirəm ki, azərbaycanlıyam!" Güclü sərkərdəsi olan ordu məğlub olmaz, uğurlu siyasətçisi və dövlət başçısı olan xalq da heç zaman təslim olmaz!
Zabrat qəsəbəsi, 81 saylı məktəbin direktoru Mehriban Əlizadə