Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə göstərdiyi qayğı və diqqətin bir daha şahidi olduq. 25.02 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsindəki yaşayış kompleksinin açılışında iştirak etmiş, müharibə əlilləri və şəhid ailələri üçün yaradılan şəraitlə tanış olmuşdur.
Kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının 2021-ci ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili fərdi mənzillə təmin edilməlidir.
Komplekslə tanış olduqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüş keçirdi.
Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşdə çıxış etdi.
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə onları təbrik edərək, otuz bina inşa edildiyini, binaların hamısının müasir səviyyədə, yüksək keyfiyyətlə tikildiyini, mənzillərin çox geniş, işıqlı olduğunu vurğuladı. Burada, həmçinin uşaq bağçası, 1200 şagird tutumu olan məktəb inşa edilir. Yəni rahat yaşayış üçün bütün imkanlar və şərait yaradılmışdır. Qeyd edək ki, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərciyin inşa olunaraq təqdim edilməsi təqdirə layiqdir.
Prezident İlham Əliyev eyni zamanda, Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı olduğunu da diqqətə çatdırdı. Orada minlərlə qazinin hər il müalicə alacağını, reabilitasiyadan keçərək öz sağlamlığını bərpa edəcəyini bildirdi. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş olunub. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. İlham Əliyev cənabları öz çıxışında bildirmişdir ki, ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib.
Dövlətin şəhid ailələri, müharibə əlilləri üçün lazımi şərait yaradacağını bildirdi. Prezident bu sahədəki siyasətinin birmənalı olduğunu xüsusi vurğuladı. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşdüyünü, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlilinin dövlət tərəfindən mənzillərlə təmin edildiyini,təkcə keçən il 1572 mənzil verildiyini,bu il isə 3 minə yaxın mənzil veriləcəyini, həm Birinci Qarabağ müharibərində, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinin bu ilin sonuna qədər mənzillərlə təmin olunacağını bildirdi. Yəni bu proqram Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra ediləcək. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi mənzillərin tikintisi davam etdirilir.Yaxın gələcəkdə bu proqramın tam icra olunacağına əmin olduğunu bildirdi. Dövlər başçımız onu da bildirdi ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.
İlham Əliyev cənabları bunları söyləməklə dövlətin bu kateqoriyadan olan insanlara qayğısını bir daha nəzərə çatdırmaq istəyirdi. Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdə olduğunu vurğuladı.
Prezident öz çıxışında bildirdi ki, o qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da qeyd etdi ki, Ermənistan ordusunda da itkilər olub və İkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı və diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması da göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək.
İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olduğunu, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tutaraq, Allahdan bütün şəhidlərimizə rəhmət,onların yaxınlarına səbir dilədi. Şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirdi və şəhidlərimizin ailələrinə hər zaman dəstək olacağını xüsusilə vurğuladı.
İlham Əliyev söylədi: “Biz artıq düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik.” Prezident onu da qeyd etdi ki, Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz
olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuş və torpaqlarımız işğala məruz qalmışdır. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün çox əzizdir. Nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad edə bildik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.
Prezident müharibəmizin azadlıq uğrunda və ədalətli müharibə olduğunu, Ermənistanın işğalçılıq müharibəsi apardığını, haqq-ədalətin bizim tərəfimizdə olduğunu bildirdi. Hərbçilərimizin şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmələrinin, minlərlə hərbçimizin yüksək dövlət orden və medalları ilə təltif edilməsinin, onların qəhrəmanlığı, şücaəti, fədakarlığının hər bir azərbaycanlı üçün örnək olmasını qətiyyətlə bildirdi.
Torpaqlarımız işğal olunduğu zaman nizamlı ordumuzun olmamasının, bölgələrimizin müdafiəsiz qalaraq özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmasının, insanları çıxarmaq üçün lazımi tədbirlər görülməməsinin əhali arasında böyük itkilərə səbəb olduğunu bildirdi. Eyni zamanda Xocalı faciəsindən 29 il keçdiyni və Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu, bu cinayəti Ermənistan dövlətinin törətdiyini, Xocalı qurbanlarının da qanının İkinci Qarabağ müharibəsində alındığını da qeyd etdi.
Bütün bu illər ərzində müharibəyə hazırlaşdığımızı,bunu heç vaxt gizlətmədiyimizi söylədi. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik,”- deyə çıxışında qürurla söylədi.
Sonra Ermənistanın düşdüyü vəziyyətə aydınlıq gətirdi . Orada baş verən böhrandan, toqquşmalardan, həbslərdən, demokratik əsasların tamamilə pozulmasından danışdı. Onları bu vəziyyətə salanın onların rəhbərləri olduğunu bildirdi. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri – Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət buna sübutdur. Sonra gələn hakimiyyətin qarşısında seçim var idi: ya işğalçılıq siyasətini davam etdirəcək və özünü bədbəxt edəcək, ya da ki, öz xoşu ilə bizim torpağımızdan çıxmalı olduqlarını vurğuladı.
Prezidentimiz necə humanist bir insan olduğunu hətta düşmənlə apardığı müharibə dövründə belə göstərmişdir. Müharibə dövründə əks tərəfə humanistcəsinə yanaşmışdır. Hətta müharibə dövründə dəfələrlə: “Bizə tarix versinlər, onlar hansı tarixdə hansı bölgələrdən çıxırlarsa
biz müharibəni dayandırırıq,”- söylədiyini vurğuladı. Azərbaycanın qüdrətli ordusu artıq Ermənistan ordusunun canlı qüvvəsini məhv edəndən, onlar diz çökəndən sonra buna məcbur olduqları və kapitulyasiya aktına imza atdıqlarını öz çıxışında qeyd etdi.
“Onsuz da biz bütün torpaqları azad edəcəkdik. Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər, Laçın istiqamətində. Artıq qış gəlmişdi, qar yağmağa başlamışdı, orada bizim itkilərimiz çox ola bilərdi. Ona görə düşməni hərbi yolla məğlub etdik, torpaqlarımızdan qovduq, Şuşa şəhərini və digər şəhərləri işğalçılardan azad etdik. Ondan sonra Laçın, Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir,”-deyərək çıxışına davam etdi.
Sonra möhtərəm prezidentimiz İlham Əliyev cənabları müharibədən sonrakı dövrdən, yəni indi Azərbaycanda gedən inkişafdan, quruculuq işlərindən, Ermənistanda isə hökm sürürən böhrandan söhbət açdı. İlham Əliyev əvvəllər ona xarici nümayəndələrin dediklərini xüsusi olaraq vurğuladı ki, Ermənistan cəmiyyəti birlik nümayiş etdirir və Ermənistan cəmiyyətində milli birlik var. Lakin bu da bir boş xəyal idi. Haradadır bu milli birlik? Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər, bir-birilərini günahlandırırlar, kütləvi həbslər baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda müxalifət gündəlik formatda əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir? Bu nəyi göstərir? Həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik.
Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz ki, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik, bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik ki, müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl də verilmişdi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Xeyr, pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Xeyr, pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb.
İlham Əliyev bir neçə gün əvvəl eşitdiyi məlumatı bölüşərək bildirib ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək,-deyərək dəmir yumruğu göstərib,- bu, yerindədir və bizim səbrimizi sınamasınlar.” Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.
Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır.
“Müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb”,-deyərək İlham Əliyev xalqın iradəsindən, gücündən danışdı. Bəli, biz gözləmişik. Həyat göstərdi ki, ən düzgün an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə təxribat törədiləndə də biz əks-hücuma keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını dayandırmışdım. Biz erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik etmək istəyirdilər, təxribata çəkmək istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Görün, Xızını döyüş bölgəsindən neçə kilometr məsafə ayırır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı. Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlərboyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər.
Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar. Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir.
Sonra İlham Əliyev bir daha bu qələbəni şəhidlərimizin qanı hesabına qazandığımızı vurğuladı. Onların qəlbimizdə əbədi yaşayıb, yaşayacağını dedi.. Allahdan şəhidlərin əzizlərinə səbir dilədi.
“Əziz Şəhid anaları, ataları xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.
Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”.
44 günlük müharibə bir daha Azərbaycan xalqına onun əmin əllərdə olduğunu bildirdi.
Sizinlə qürur duyuruq, Cənab Prezident!
Ramana qəsəbəsi, Eynulla Ağayev küçəsi, 198 saylı orta məktəbin direktoru
Şəlalə Nadirova