Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışında AzTV-yə müsahibəsində məmurlara çox ciddi mesajlar verdi. Bu mesajlar nəinki Şuşada öz regional mərkəzlərini yaratmaq istəyənlərə, həm də ümumiyyətlə məmurlara öz işləri ilə məşğul olmasını və dövlət vəsaitlərindən istifadə edilməsinin səmərəliliyinin artırılmasına ünvanlanıb. Həm cənab Prezidentə Şuşada regional mərkəzləri, filialları yaratmaq istəyini bildirənlər, həm də digər regionlarda layihələri həyata keçirənlər bütün işləri dövlət büdcəsi hesabına icra edirlər. Heç kim öz şəxsi vəsaitini dövlətin layihələrinə xərcləmir. Amma hardasa bir layihələrin həyata keçirilməsi, yenidən qurma işlərinə başlanmasından danışılanda, o zaman büdcə vəsaitlərindən pay almaq üçün elə bil bir yarış başlanır. Lakin təcrübə göstərir ki, bu şəxslər çox vaxt öz tamahlarına əsir düşüblər.
Sevindirici haldır ki, cənab Prezident vaxtında müdaxilə edib, növbəti məmur özbaşınalığının da qarşısını aldı. Prezidentimizin özünün də dediyi kimi, Şuşanın mədəniyyət mərkəzindən “məmurlar mərkəzi”nə çevrilməsinə imkan verilmədi.
Dövlət hər bir işə çox ciddi nəzarət edəcək. Burada ictimai nəzarətin həyata keçirilməsi də vacib amillərdəndir. Ola bilsin ki, hansısa bir məmur bu ərazilərdə hansısa bir yolla torpaq zəbt edib özünə iqamətgah yaratmaq istəsə, dərhal ictimailəşməli və ictimai qınağa çəkməlidir. Biz hamımız görüləcək işlərə nəzarət etməklə Prezidentin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərin daha düzgün şəkildə bərpa olunmasına töhfə verə bilərik. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə yeni idarəetmə modeli yaradılır. Düşnürəm ki, yeni idarəetmə modeli işğaldan azad olunmuş ərazilərimizi cənnətə döndərəcək və gələcəkdə bu təcrübə bütün ölkədə tətbiq olunacaqdır.
Əliyeva Səbinə - 213 saylı tam orta məktəbin direktoru