Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi - VİDEO

Baş Prokurorluq mülki vətəndaşlara xəbərdarlıq etdi - VİDEO Baş Prokurorluq mülki vətəndaşları işğaldan azad edilən ərazilərə getməməklə bağlı xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərdarlıqda deyilir:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icazəsiz səyahətlər mülki şəxslərin minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnir.
İnsanların polis postlarından yayınmaqla və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək icazəsiz və ya qanunsuz səfərlər insanların həyatı üçün təhlükəli ola bilər”.


Oxşar xəbərlər