Su olmayacaq

Su olmayacaq Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

“Azərsu” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Oxşar xəbərlər