Cənubi Kipr (yunan tərəfi) lideri Nikos Anastasiadisin rəhbərlik etdiyi heyətin Fransaya səfəri öncəsi iki ölkə arasında imzalanan Yunan Milli Mühafizə Ordusu (RMMO) müqaviləsinin detalları bəlli olub.
Müqavilədə hər iki tərəfin hərbi qüvvələrinin Aralıq dənizində (Ağ dəniz) birgə hərəkət etməsinin vacibliyi vurğulanır.
Üç maddəlik razılaşmaya görə, Maridəki Evangelos Florakis limanı yenidən inşa ediləcək. Həmçinin yunanlar və fransızlar Havadan Müşahidə Mərkəzini modernləşdirəcək. Bildirilir ki, bu müşahidə mərkəzi ilə Türkiyə qırıcılarının Aralıq dənizindəki uçuşları nəzarətdə saxlanılacaq.
Anlaşmada Andreas Papandreu aviabazası da fransızlar tərəfindən yenidən qurulacaq.
İddia edilir ki, yeni limanların inşası başa çatan kimi yunanlar Fransa gəmilərini Limasol limanında yerləşdirəcək. /Axar.az/