Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyəyə qarşı Kiprin xüsusi iqtisadi zonasında karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı sanksiyaları təqdir edib.
“RİA Novosti” xəbər verir ki, sanksiya tədbirləri həmçinin Türkiyənin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsinin azaldılmasını və hava əlaqəsi haqqında saziş üzrə danışıqların dayandırılmasını nəzərdə tutur.
Bundan əlavə, əgər Türkiyə öz mövqeyindən imtina etməzsə digər sanksiyaların, o cümlədən yataqlarının kəşfiyyatında iştirak edən ayrı-ayrı şəxslər və ya şirkətlər barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi də mümkündür.
Kipr hesab edir ki, Türkiyə onun Aralıq dənizindəki xüsusi iqtisadi zonasında qazıntı və kəşfiyyat işləri aparır. Ankara isə bildirir ki, regiondakı təbii sərvətlər eyni həcmdə adanın türk icmasına da məxsusdur (Şimali Kipr Türk Respublikası).